Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5806/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********87451 Xiaomi Mi A3 markalı telefon üçün 227 manat ödənilməmiş hissə, 69 manat dəbbə, 10.01.2020-ci il tarixli müqaviləyə əsasən, LG Led televizor üçün 831 manat ödənilməmiş hissə, 256 manat dəbbə, 10.01.2020-ci il tarixli müqaviləyə əsasən, LG Led televizor, Panasonic Soundbar üçün 1169 manat ödənilməmiş hissə, 309 manat dəbbə pulu olmaqla, ümumilikdə, 2861 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 15.11.2019-cu il, 10.01.2020-ci il və 10.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********87451 Xiaomi Mi A3 markalı telefon, 2 ədəd LG Led televizor, Panasonic Soundbar almış və nəticədə 2861 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 15.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700 manat (6 ay x 116 manat + 4 manat ilkin ödəniş) İMEİ Kodu **********87451 Xiaomi Mi A3 markalı telefon üçün ümumilikdə, 296 manat olmaqla ondan, 227 manat ödənilməmiş hissə, 69 manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1242.8 manat (12 ay x 95 manat 40 qəpik + 98 manat ilkin ödəniş) LG Led televizor üçün ümumilikdə, 1087 manat olmaqla ondan, 831 manat ödənilməmiş hissə, 256 manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1562.4 manat (18 ay x 86 manat 80 qəpik + 0 manat ilkin ödəniş) LG Led televizor, Panasonic Soundbar üçün ümumilikdə, 1478 manat olmaqla ondan, 1169 manat ödənilməmiş hissə, 309 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1278.20 manat təşkil edir. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC ilə bağladığı 15.11.2019-cu il, 10.01.2020-ci il və 10.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********87451 Xiaomi Mi A3 markalı telefon, 2 ədəd LG Led televizor, Panasonic Soundbar almışdır. Müqavilələr üzrə borcunu vaxtlı-vaxtında ödəsə də, sonradan pandemiya ilə əlaqədar olaraq işsiz qalmış və ödənişlərində gecikmələri yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 15.11.2019-cu il tarixli 01052442 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 20.12.2019-cu il tarixdən 20.05.2020-ci il tarixədək hər ay 30116 manat ödəniş etməklə almışdır. -15.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 10.01.2020-ci il tarixli 20026654 saylı müqaviləndən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 10.02.2020-ci il tarixdən 10.01.2021-ci il tarixədək hər ay 95.4 manat ödəniş etməklə almışdır. -10.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 10.01.2020-ci il tarixli 20026045 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 10.02.2020-ci il tarixdən 10.07.2021-ci il tarixədək hər ay 86.8 manat ödəniş etməklə almışdır. -10.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyanı ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 15.11.2019-cu il, 10.01.2020-ci il və 10.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********87451 Xiaomi Mi A3 markalı telefon, 2 ədəd LG Led televizor, Panasonic Soundbar almış və nəticədə 2861 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 15.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700 manat (6 ay x 116 manat + 4 manat ilkin ödəniş) İMEİ Kodu **********87451 Xiaomi Mi A3 markalı telefon üçün ümumilikdə, 296 manat olmaqla ondan, 227 manat ödənilməmiş hissə, 69 manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1242.8 manat (12 ay x 95 manat 40 qəpik + 98 manat ilkin ödəniş) LG Led televizor üçün ümumilikdə, 1087 manat olmaqla ondan, 831 manat ödənilməmiş hissə, 256 manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1562.4 manat (18 ay x 86 manat 80 qəpik + 0 manat ilkin ödəniş) LG Led televizor, Panasonic Soundbar üçün ümumilikdə, 1478 manat olmaqla ondan, 1169 manat ödənilməmiş hissə, 309 manat dəbbə pulu hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli arayışdan görünür ki, Əliyev X3 rayonu Xırdalan şəhəri B.Sərdarov küçəsi 3 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər üç müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 15.11.2019-cu il tarixli 01052442 saylı müqavilə üzrə 227 manat ödənilməmiş hissə üzrə hesablanmış 69 manat, 10.01.2020-ci il tarixli 20026654 saylı müqavilə üzrə 831 manat ödənilməmiş hissə üzrə hesablanmış 256 manat, 10.01.2020-ci il tarixli 20026045 saylı müqavilə üzrə 1169 manat ödənilməmiş hissə üzrə hesablanmış 309 manat cərimələrin azaldılaraq hər bir müqavilə üzrə 10.00 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 15.11.2019-cu il tarixli 01052442 saylı müqavilə üzrə 227 manat əsas, 10 manat cərimə olmaqla cəmi 237 manat, 10.01.2020-ci il tarixli 20026654 saylı müqavilə üzrə 831 manat əsas, 10 manat cərimə olmaqla cəmi 841 manat, 10.01.2020-ci il tarixli 20026045 saylı müqavilə üzrə 1169 manat əsas, 10 manat cərimə olmaqla cəmi 1179 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. 15.11.2019-cu il tarixli 01052442 saylı müqavilə üzrə 227 (iki yüz iyirmi yeddi) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 237 (iki yüz otuz yeddi) manat, 10.01.2020-ci il tarixli 20026654 saylı müqavilə üzrə 831 (səkkiz yüz otuz bir) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 841 (səkkiz yüz qırx bir) manat, 10.01.2020-ci il tarixli 20026045 saylı müqavilə üzrə 1169 (min yüz altmış doqquz) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 1179 (min yüz yetmiş doqquz) manat, müqavilələr üzrə cəmi 2247 (iki min iki yüz qırx yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov