Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-582/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 09 fevral 2010-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Tovuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(062)-981/2011 saylı qətnaməsi ilə hər ay tutulan aylıq əmək haqqının dörddə biri miqdarında alimentin məbləği artırılaraq hər ay 193 manat müəyyən edilməsi, uşağın müalicəsi ilə bağlı əlavə tibbi xərclərin ödənilməsi üçün 100 manat məbləğində pulun və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, yetkinlik yaşına çatmayan uşaqları 09 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə hər ay tutulan 117 manat məbləğində alimentin məbləğinin artılaraq hər ay aylıq qazancın dörddə biri həcmində müəyyən edilməsi, uşağın müalicəsi ilə bağlı əlavə tibbi xərclərin ödənilməsi üçün 100 manat məbləğində pulun və mediasiya xidmət haqqı kimi ödədiyi 50 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun Cavabdeh ilə nikahlarından övladları 09 fevral 2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(62)-624/2011 saylı, 27 sentyabr 2011-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv edilmiş, uşağın onun yanında qalması qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 117 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. Həmin qətnamə ilə tutulan aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Həmin aliment məbləği illər əvvəl uşaq üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Həmin məbləğ də uşağın düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını o çəkir. Uşağı həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Əlavə olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xəstəliyə dair verilmiş çıxarışa əsasən X1 uzun müddət davam edən və daimi müalicə tələb edən xəstəlik aşkar olunduğu üçün əlavə xərclər tələb olunur. Odur ki, aylıq sabit aliment azyaşlı övladımızın xərclərini ödəməyə kifayət etmir. Bu səbəbdən sabit aliment məbləğindən əlavə uşağın xəstəliyi müalicə olunmağı üçün əlavə vəsait zəruridir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Qaz İdarəsində işləyir. Hər ay o, 117 manat məbləğində aliment ödəyir. Həmçinin o, yenidən ailə qurmuş və bu nikahdan da iki yetklinlik yaşına çatmayan övladı vardır. Odur ki, maddi vəziyyətlə əlaqədar olaraq o, alimentin artırılmasına etiraz edir, lakin 117 manar aliment ödəməkdən boyun qaçırmır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Tovuz RİH-nin Yuxarı Öysüzlü kənd İƏV nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 401292 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 09 fevral 2010-cu ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(62)-624/2011 saylı, 27 sentyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh, anası isə İddiaçı arasında 05 noyabr 2009-cu il tarixdə Tovuz RİH-nin Yuxarı Öysüzlü kənd İƏV nümayəndəliyində bağlanmış və 13 sayla qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 09 fevral 2010-cu il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 20 oktyabr 2016-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin alınıb 09 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X5 X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 80 №-li arayışdan görünür ki, həqiqətən Cavabdeh Şəmkir X11 İdarəsinin Tovuz rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər işləyir. Cavabdeh hesablanan orta aylıq əmək haqqısı 693,15 manat, ələ alınan orta aylıq əmək haqqısı 579,05 manat təşkil edir. İş materiallarında olan Tovuz RİH-nin Yuxarı Öysüzlü kənd İƏV nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 852861 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 ilə X4 arasında 20 aprel 2014-cü il tarixli, 12 saylı nikah bağlanmışdır. İş materiallarında olan Tovuz RİH-nin Yuxarı Öysüzlü kənd İƏV nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ № 322043 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 05 may 2014-cü ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Tovuz RİH-nin Yuxarı Öysüzlü kənd İƏV nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ № 694190 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 09 fevral 2016-cı ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan cavabdehin iş yerinə dair arayışa əsasən, hazırki iş üzrə cavabdehin iddiaçıya hər ay aylıq qazancın dörddə biri miqdarında aliment ödəməsi real olmadığından faktiki olaraq onun imkanı xaricindədir. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh yenidən nikaha daxil olmuş, həmin nikahdan da iki yetkinlik yaşına çatmayan övladları vardır və onun aylıq əmək haqqı 693,15 manatdır.Digər uşaqların da mənafeyi nəzərə alınarsa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3.3-cü maddəsinə əsasən cavabdehin əmək haqqına nisbərdə hər uşağa müəyyən edilən alimentin miqdarı 115.5 manat təşkil etdiyindən,alimentin tələb olunan formada təmin edilməsi cavabdehin başqa nikahdan olan uşaqların mənafeyinin ciddi şəkildə pozulması ilə nəticələnir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbinin uşağın müalicəsi ilə bağlı əlavə tibbi xərclərin ödənilməsi üçün 100 manat məbləğində pulun və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat pulun ödənilməsi hissəsi ilə də bağlı əsaslar müəyyən edilmədiyindən,həmin hissələdə də idda tələbi rədd edilməlidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqları 09 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Tovuz Rayon Məhkəməsinin 2(62)- 5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə hər ay tutulan 117 manat məbləğində alimentin məbləğinin artılaraq hər ay aylıq qazancın dörddə biri həcmində müəyyən edilməsi, uşağın müalicəsi ilə bağlı əlavə tibbi xərclərin ödənilməsi üçün 100 manat məbləğində pulun və mediasiya xidmət haqqı kimi ödədiyi 50 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-582/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-582/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver