Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5846/2025 30.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «şikayətlərin mahiyyəti üzrə araşdırılmaması və qanunsuz olaraq müstəntiqə yönləndirilməsinin qanunsuz hesab edilməsi, şikayətlərə qanunauyğun olaraq mahiyyəti üzrə cavab verilməsinin təmin edilməsi və istintaq materialları ilə tanış olmaq hüququnun bərpa edilməsi» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq orqanı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin onun şikayətlərini mahiyyəti üzrə araşdırmaması və onları qanunsuz olaraq müstəntiqə yönləndirməsinin qanunsuz hesab edilməsi, cavabdehlərin qanunauyğun olaraq şikayətlərinə mahiyyəti üzrə cavab verməsinin təmin edilməsi və onun istintaq materialları ilə tanış olmaq hüququnun bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü və 2.2.4-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) və inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2-ci və 5-ci bəndlərinə müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanlardır. Odur ki, hazırki iddia tələbi şikayətlərin mahiyyəti üzrə araşdırılmaması və qanunsuz olaraq müstəntiqə yönləndirilməsinin qanunsuz hesab edilməsi, şikayətlərə qanunauyğun olaraq mahiyyəti üzrə cavab verilməsinin təmin edilməsi və istintaq materialları ilə tanış olmaq hüququnun bərpa edilməsi ilə bağlı olduğundan hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı prokurorluq orqanı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin onun şikayətlərini mahiyyəti üzrə araşdırmaması və onları qanunsuz olaraq müstəntiqə yönləndirməsinin qanunsuz hesab edilməsi, cavabdehlərin qanunauyğun olaraq şikayətlərinə mahiyyəti üzrə cavab verməsinin təmin edilməsi və onun istintaq materialları ilə tanış olmaq hüququnun bərpa edilməsi barədə inzibati qaydada müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «şikayətlərin mahiyyəti üzrə araşdırılmaması və qanunsuz olaraq müstəntiqə yönləndirilməsinin qanunsuz hesab edilməsi, şikayətlərə mahiyyəti üzrə cavab verilməsinin təmin edilməsi və istintaq materialları ilə tanış olmaq hüququnun bərpa edilməsi» barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya prokurorluq orqanı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin onun şikayətlərini mahiyyəti üzrə araşdırmaması və onları qanunsuz olaraq müstəntiqə yönləndirməsinin qanunsuz hesab edilməsi, cavabdehlərin qanunauyğun olaraq şikayətlərinə mahiyyəti üzrə cavab verməsinin təmin edilməsi və onun istintaq materialları ilə tanış olmaq hüququnun bərpa edilməsi barədə inzibati qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5846/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5846/2025
30.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver