Məhkəmə qərarları › İş №2(012)-5853/2024

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-5853/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5853/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat məbləğində pulun və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 31 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla bir qəsəbədə yaşayan Cavabdeh ondan 1100 manat pul verilməsini istəmiş, o da qəsəbə sakini olduğu üçün inanıb Cavabdeh borc pul vermiş, bu barədə öz xətti ilə ona yazmış olduğu pulun alınmasını təsdiq edən yazılı etiraf da vermişdir. Buna baxmayaraq cavabdeh bu günə kimi pulu geri qaytarmamışdır. Sonuncu dəfə görüşdükləri zaman cavabdeh həmin pulu ona qaytaracağını bildirmişdir. Qeyd etdiyi yazıda cavabdeh faktiki olaraq özünün ona olan borcunu etiraf etmişdir. Bir-birilərinə olan etibar ilə bağlı olaraq kredit müqaviləsi notariat qaydada təsdiqlənməmişdir. Lakin bununla belə cavabdeh öhdəliyini icra etməkdən yayınmışdır. Hazırki tarixədək cavabdeh mövcud borcdan ona heç bir ödəniş etməmiş, verilən pulu geri istədikdə isə bu barədə ona hər hansı bir məlumat verməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən yazılmış qeyddən görünür ki, o, İddiaçı iki il əvvəl 1100 manat məbləğində pul vəsaitini borc olaraq götürmüş və borcunu 1 il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci və 442-ci maddələri təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində yazılmış qeyddən göründüyü kimi Cavabdeh İddiaçı iki il əvvəl 1100 manat məbləğində pul vəsaitini borc olaraq götürdüyünü etiraf etmiş və borcunu 1 il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən qeyd Cavabdeh tərəfindən imzalanmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və 1100 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 1100 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 31 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1100 manat pul və 31 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar