Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5876/2024 13.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hüseynova Könül Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-2079/2013 saylı qətnaməsi ilə təyin olunmuş 93 manat aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. xx.xx.2009-cu il tarixdə Salyan rayonu, Parça- Xələç kəndi İnzibati Ərazi Nümayəndəliyində nikah rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqlar anadan olmuşdur. Nikah Abeşron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-2079/2013 saylı qətnaməsilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 onun yanında qalmaları müəyyən edilmiş və hər ay hər uşaq üçün 93 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Hazırki dövrdə həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyil. Alimentin həmin məbləğdə müəyyən edilməsindən 11 ildən artıq müddət keçmişdir və bu müddət ərzində uşağın saxlanılması üçün tələb olunan minimum xərclər kifayət qədər artmışdır. Hal-hazırda uşağın böyüməsi, eləcə də digər zəruri tələbatlarının artması ilə bağlı problemlər çoxalmış və həmin pulla uşağın saxlanılması çətinləşmişdir. Cavabdehin maddi vəziyyəti və qazancı yetərincədir. Alimentin artırılmasına çox ehtiyac var. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddanı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, cəmi 300 manat aliment ödəməyə gücü çatır. Bundan artıq alimenti ödəyə bilməz, çünki maddi cəhətdən çətinlik çəkir. Məhkəmə tərəfləri dinləyərək və iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AZ-İİ 674083 və AZ-İİ 674084 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqlar doğulmuşlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-2079/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh arasında Parça-Xələc kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 16 yanvar 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 23 may 2007-ci il tarixdə anadan olmuş X5 və 07 dekabr 2010-cu il tarixdə anadan olmuş X2 anaları X1 himayəsində saxlanması, 23 may 2007-ci il tarixdə anadan olmuş X3 və 07 dekabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 93 manat sabit pul məbləğində alimentin tutulub, X1 xeyrinə verilməsi, hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 19 avqust 2013-cli il tarixdən hesablanması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Hüseyn və Sübhan adlı uşağların saxlanmaları üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədirlər və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Hüseyn və Sübhan adlı uşağların mənafeylərini, normal inkişaf etmələrini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-2079/2013 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-2079/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5876/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5876/2024
13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver