Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5889/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 5100 manat və dövlət rüsumunda qeyd olunan məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin oktyabr ayında Z-Coach travel şirkətinə yaxınlaşmış və orada işləyən X2 bank kartına Unibank kartından 4000 manat pul köçürməsi etmişdir. İddiaçı üçün sonuncu dəfə viza işini görən zaman işi tam yerinə yetirməmişdir. Belə ki, multi viza yerinə single viza alınmışdır. İddiaçı bu məsələnin həll olunması üçün özünü Fateh olaraq iddiaçıya təqdim edən, sonradan adının Cavabdeh bank 5100 manat pul köçürməsi etmişdir. Həmin faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın təsviri hissəsində Cavabdeh yeri müyyən oluna bilməmişdir. Lakin bununla belə onun bank hesabına 5100 manat köçürmə etməyinin qəbzləri mövcuddur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, 3-cü şəxslər onu cavabdehlə tanış etmiş, cavabdehin adının “Fateh” olduğunu bildirmişlər. Cavabdehə xaricə səyahət, turizmlə bağlı müraciət etmiş, danışıqları Whatsapp vasitəsilə olmuşdur. İddiaçı ona beh olaraq 5100 manat ödəniş etmişdir. Bu ödənişləri bank ödənişləri ilə təsdiq edə bilər. Belə ki, pulu kartdan karta mobil tətbiq vasitəsilə köçürmüşdür. Cavabdeh isə öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdeh tərəfindən heç bir geri ödəniş edilməmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi. polis mayoru X1 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə əməli törətmiş Cavabdeh izahatı alınmadığından onun əməlinə hüquqi qiymət vermək mümkün olmadığından cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. -Həmçinin sözügedən qərarda “Araşdırma zamanı qeyd olunan hadisəni törətmiş Fateh adlı şəxsin, sonradan istintaqa məlum olmuş Cavabdeh yerinin müəyyən edilməsi məqsədi ilə müvafiq əməliyyat tapşırığı verilmiş, lakin araşdırma müddəti ərizində heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır” ifadələri qeyd olunmuşdur. -"xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesab üzrə xx.xx.2024-cü il tarixdə 2500 manat, 2500 manat və 100 manat olmaqla, ümumilikdə 3 dəfə pul ödənişi həyata keçirilmişdir. -AB4296R9P863 saylı qəbzin surətindən görünür ki, 4127********3825 nömrəli kart hesabından 4127********5425 nömrəli kart hesabına 2500 manat pul vəsaiti köçürülmüşdür. -AB4296R9P222 saylı qəbzin surətindən görünür ki, 4127********3825 nömrəli kart hesabından 4127********5425 nömrəli kart hesabına 2500 manat pul vəsaiti köçürülmüşdür. -AB4296R9O417 saylı qəbzin surətindən görünür ki, 4127********3825 nömrəli kart hesabından 4127********5425 nömrəli kart hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. -"xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 6-2-41/2-49939/2025 nömrəli sorğuya cavab məktubu və ona qoşma edilmiş çıxarış məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı (FİN:xxxxxxx) məxsus **********403825 saylı plastik kartdan ayrı-ayrılıqda 100 (yüz) manat, 2500 (iki min beş yüz) manat və 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Kəmaləddin oğluna (FİN:xxxxxxx) məxsus **********185425 saylı plastik karta köçürülərək məxaric edilmişdir. Cavabdeh Kəmaləddin oğluna məxsus **********185425 saylı plastik kartdan isə xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda 1000 (min) manat, 700 (yeddi yüz) manat, 1000 (min) manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə məxsus **********269616 saylı, 2400 manat məbləğində pul vəsaiti isə "xxxx" ASC-yə məxsus **********654458 saylı plastik kartlara köçürülərək məxaric edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 71.60 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşma əsasında ona xarici ölkəyə səyahət etmək üçün viza işlərində kömək olmaq məqsədilə ümumilikdə 5100 manat pul ödəməsinə baxmayaraq, cavabdehin həmin razılaşmaya əməl etməyərək üzərinə götürdüyü öhdəliyi icra etməməsi və bu məqsədlə ödənilmiş məbləğin cavabdeh tərəfindən geri qaytarılmamasını irəli sürərək həmin pul məbləğini məhkəmə qaydasında tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, iddiaçıya məxsus bank kartından Cavabdeh məxsus bank kartına ümumilikdə 5100 manat məbləğində pul vəsaitinin köçməsi ilə cavabdehin varlanmasının nə qanuni, nə də müqavilə əsası olmuşdur. Buna görə də iddiaçı cavabdehdən qeyd edilən pul məbləğini geri tələb etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi faktlar – iddiaçıya 5100 manat (2500 manat + 2500 manat + 100 manat) məbləğində maddi ziyan dəyməklə cavabdehin əsassız şəkildə varlanması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin iş üzrə "xxxx" ASC-yə ünvanlanmış sübutların təmini barədə qərardad əsasında əldə edilmiş çıxarış məlumatlarına əsasən öz təsdiqini tapdığından ümumilikdə 5100 manat məbləğində dəymiş maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 71.60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5100 manat manat pul vəsaiti və ödənilmiş 71.60 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5100 manat pul vəsaiti və ödənilmiş 71.60 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-5889/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5889/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver