Məhkəmə qərarları › İş №2(012)-5912/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5912/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5912/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 05.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********88804 X5 markalı telefon üçün 381.6 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 06.08.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led televizor üçün 1008 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 19.08.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann paltaryuyan üçün 604.8 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə, 1994.40 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 05.08.2020-ci il, 06.08.2020-ci il və 19.08.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********88804 X5 markalı telefon, Hoffmann Led televizor, Hoffmann paltaryuyan almış və nəticədə 1994.4 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 453.6 manat (12 ay x 31.8 manat + 72 manat ilkin ödəniş) İMEİ Kodu **********88804 X5 markalı telefon üçün ümumilikdə, 381.6 manat olmaqla ondan, 381.6 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 06.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1169 manat (24 ay x 42 manat + 161 manat ilkin ödəniş) Hoffmann Led televizor üçün ümumilikdə, 1008 manat olmaqla ondan, 1008 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 19.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 730.8 manat (12 ay x 50.4 manat + 126 manat ilkin ödəniş) Hoffmann paltaryuyan üçün ümumilikdə, 604.8 manat olmaqla ondan, 604.8 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 359 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 05.08.2020-ci il tarixli 21055736 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 18.09.2020-ci il tarixdən 18.08.2021-ci il tarixədək hər ay 31.8 manat ödəniş etməklə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 06.08.2020-ci il tarixli 21057558 saylı müqaviləndən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 19.09.2020-ci il tarixdən 19.08.2022-ci il tarixədək hər ay 42.00 manat ödəniş etməklə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 19.08.2020-ci il tarixli 21082588 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 01.10.2020-ci il tarixdən 01.09.2021-ci il tarixədək hər ay 50.40 manat ödəniş etməklə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, Cavabdeh müqavilələrə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 05.08.2020-ci il, 06.08.2020-ci il və 19.08.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********88804 X5 markalı telefon, Hoffmann Led televizor, Hoffmann paltaryuyan almış və nəticədə 1994.4 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 453.6 manat (12 ay x 31.8 manat + 72 manat ilkin ödəniş) İMEİ Kodu **********88804 X5 markalı telefon üçün ümumilikdə, 381.6 manat olmaqla ondan, 381.6 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 06.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1169 manat (24 ay x 42 manat + 161 manat ilkin ödəniş) Hoffmann Led televizor üçün ümumilikdə, 1008 manat olmaqla ondan, 1008 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 19.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 730.8 manat (12 ay x 50.4 manat + 126 manat ilkin ödəniş) Hoffmann paltaryuyan üçün ümumilikdə, 604.8 manat olmaqla ondan, 604.8 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 11.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 6-cı küçə döngə 6, 100 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, 05.08.2020-ci il tarixli 21055736 saylı müqavilə üzrə 381.6 manat, 06.08.2020-ci il tarixli 21057558 saylı müqavilə üzrə 1008 manat, 19.08.2020-ci il tarixli 21082588 saylı müqavilə üzrə 604.8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. 05.08.2020-ci il tarixli 21055736 saylı müqavilə üzrə 381.6 (üç yüz səksən bir manat altmış qəpik) manat, 06.08.2020-ci il tarixli 21057558 saylı müqavilə üzrə 1008 (min səkkiz) manat, 19.08.2020-ci il tarixli 21082588 saylı müqavilə üzrə 604.8 (altı yüz dörd manat səksən qəpik) manat, müqavilələr üzrə cəmi 1994.40 (min doqquz yüz doxsan dörd manat qırx qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar