Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-593/2023 12.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh alınmış borca görə 2000 manat pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə Abşeron rayon vəkil bürosunda məhkəmədə mülki işin aparılması üçün Cavabdeh ilə müqavilə bağlamış, Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-208/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra həmin mülki iş üzrə apellyasiya şikayəti verildiyindən iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh apellyasiya instansiya məhkəməsində işin aparılması üçün müqavilə bağlamaq məqsədilə iddiaçıdan yenidən pul almışdır. Lakin iddiaçı heç müqavilə imzalamamış, cavabdeh Şirvan Apellyasiya Məhkəməsində işin baxılmasında iştirak etməmişdir. Bundan başqa, həmin mülki işin gedişində cavabdeh xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan 2000 manat borc pul istəmişdir. Vəkili olduğuna görə cavabdehə tam səmimi inanaraq, əziyyətlə dar günü üçün saxladığı 2000 manat borc pulu iddiaçı cavabdehə vermişdir. Lakin sonradan cavabdeh borcunu qaytarmaqdan imtina etmiş, pulun qaytarılmamasının səbəbini isə aralarında bağlanmış müqaviləyə görə aldığını göstərmişdir. Eyni zamanda, 22000 manat pulun alınması məqsədilə mülki işin aparılması üçün iddiaçı cavabdeh ilə müqavilə bağlamış, bununla əlaqədar, cavabdeh iddiaçıya 22000 manat pulun 20 faizinin ona çatmasını söyləmişdir. Lakin bu müqavilənin iddiaçıdan borc aldığı 2000 manata heç bir aidiyyəti yox idi. Bunu aralarında mövcud olan whatsapp yazışmaları təsdiqləyir. Cavabdeh tərəfindən borcun qaytarılmaması ilə əlaqədar Vəkillər Kollegiyasına şikayət edilmiş, Vəkillər Kollegiyası Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 685 saylı məktubu ilə Rəyasət Heyətinin qərarına əsasən, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə vəkil Cavabdehyə töhmət verilmiş, eyni zamanda, bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə vəkil Cavabdeh məlumat verilməsi və həmin vəkil tərəfindən müqavilədənkənar pulun alınması ilə bağlı ərizədə qeyd edilən məlumatlara hüquqi qiymət verilməsi Rəyasət Heyətinin səlahiyyətinə aid deyil. Bundan sonra 2000 manat pulun cavabdeh tərəfindən mənimsənilməsi barədə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsi tərəfindən şikayət əsasında Cavabdeh izahat alınmışdır. Bu izahatlarında cavabdeh iddiaçıdan 2000 manat borc aldığını etiraf etmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Cavabdeh ilk növbədə, qonşu olaraq tanımış, həmçinin, cavabdeh ona vəkil kimi hüquqi yardım göstərmişdir. Beyləqan rayon Məhkəməsində olmuş məhkəmə prosesində onun iddia tələbi təmin edilmiş, qarşı tərəf apellyasiya şikayəti verdikdən sonra o, cavabdehlə müqavilə bağlamamışdır. Cavabdeh ondan guya müqavilə bağlamaq adı ilə əlavə olaraq, 800 manat pul almışdır. Cavabdeh birinci instansiya məhkəməsində prosesə görə 900 manat pul almış, sonradan 800 manat pul alsa da, Şirvan Apellyasiya Məhkəməsində iştirak etməmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh qonşu kimi ondan 2000-3000 manat borc istəmiş və ayın sonu qaytaracağı vədini vermişdir. Aylarla gözləmiş, üzərindən bir il keçəndən sonra o, pulunu tələb etmişdir. O, özü 25 il hərbiçi işləmiş, hazırda isə tək qadın kimi həmin pula ehtiyacı olduğunu bildirərək pulunu istəmiş və 100-150 manat olmaqla hissə-hissə ödəməyi təklif etmişdir. Cavabdeh Vəkillər Kollegiyasının rəisinin yanında onu təhqir etmiş və əl qaldırmışdır. Sonradan cavabdeh ona faizə pul verməsi barədə böhtan atmışdır. Nalayiq davranışlarından sonra o, Vəkillər Kollegiyasına şikayət etmiş və cavabdeh barəsində intizam icraatı başlanılmış və cavabdeh pul aldığını etiraf etmişdir. Aidiyyəti qurumlara şikayət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, cavabdehə pulu faizə verməmişdir. Cavabdeh onun verdiyi borc puldan hər hansı bir ödəniş geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçıya hüquqi yardım göstərmiş vəkildən şikayətlər olmuş və 9 ay müddətinə vəkillik fəaliyyəti dayandırılmışdır. Cavabdeh tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuş iddia ərizəsinə etirazdan görünür ki, o, İddiaçı ilə müqavilə bağlamış, müqavilələr əsasında həm Beyləqan Rayon Məhkəməsində, həm də Şirvan Apellyasiya Məhkəməsində tam məsuliyyəti ilə iştirak etmişdir. Hətta hər iki instansiya məhkəmələrində o, iddiaçının özü ilə birlikdə iştirak etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin iştirak etdikləri son məhkəmə iclası zamanı o, cavabdehə məxsus telefon nömrələrinin kimin adına olması və anten dairələrinin müəyyən edilməsi barədə məhkəmə tərəfindən mobil operatorlara sorğular göndərilməsi barədə vəsatət vermiş, vəsatət təmin edilmiş və sorğuların cavabları alınanadək məhkəmənin növbəti iclası qeyri-müəyyən müddətə təxirə salınmışdır. Məhkəmə tərəfindən iddiaçıya məxsus telefona sms-bildiriş gəldikdən sonra iddiaçı ona xəbərdarlıq etmədən apellyasiya məhkəməsinin iclasında iştirak etmiş və orada guya ona zəng edib məhkəmənin günü və saatı barədə məlumat vermək istəmiş, lakin o, cavab verməmişdir. Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət ərizəsi vermiş, o, izahatında da qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi Vahid Məhkəmə Portalına daxil olmadığı üçün nə ona məxsus elektron kabinetə, nə mobil telefona bildiriş gəlmiş, nə də hüquqlarını müdafiə etdiyi İddiaçı ona xəbərdarlıq etmişdir. Bu, növbəti ağ yalan və şər-böhtan kompaniyası idi. İddiaçının özü də iddia ərizəsində qeyd etmişdir ki, Rəyasət Heyəti tərəfindən ona töhmət o səbəbdən verilmişdir ki, o, Şirvan Apellyasiya Məhkəməsində iddiaçını təmsil etmək məqsədilə order götürmək üçün müqavilə bağlayarkən Yelenanın razılığı əsasında onun əvəzindən imza etmişdir. Buna baxmayaraq, iddiaçı intizam komissiyasının iclasında faktı danaraq razılığı olmadığını demişdir. Şikayət ərizəsində iddiaçı qeyd etmişdir ki, guya müqavilədənkənar ona 1400 manat pul vermiş, bu da öz təsdiqini tapmamışdır. İddiaçı Abşeron Polis İdarəsinin X3 və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, X1 mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənablarına borc pulun qaytarılması tələbi ilə də eyni məzmunlu şikayət ərizəsi vermişdir. O, izahatlarında qeyd etmişdir ki, onun İddiaçı bir manat da olsun borcu yoxdur. Sadəcə olaraq borcu gec qaytardığı üçün əlavə olaraq 2000 manat iddiaçı pul tələb edir, çünki o, sələmçidir və Mehdiabad qəsəbəsində bütün mağaza və ət dükanlarının sahiblərinə faizə pul verir. O, bu faktları növbəti məhkəmə iclaslarında təqdim edəcəkdir. İddiaçı Cinayət Məcəlləsinin 192ci maddəsi ilə məsuliyyət daşıyır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Vəkillər Kollegiyasının Rəyasət Heyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 685 saylı məktubdan görünür ki, Vəkillər Kollegiyasının üzvü Abşeron rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Rəyasət Heyətinə daxil olmuş müraciət Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Rəyasət Heyətinin qərarına əsasən, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə vəkil Cavabdeh töhmət verilmişdir. -Cavabdeh X2 verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, 2021-ci ilin may ayında İddiaçı 2000 manat borc almış və həmin pulu ayın axırı qaytaracağına söz vermiş, lakin qaytara bilməmişdir. Təxminən 6-7 ay keçəndən sonra o, pulu tam şəkildə qaytarmışdır. Sadəcə olaraq, İddiaçı pulu gecikdirdiyinə görə əlavə pul istəyir, halbuki, o, pulu alarkən əlavə artıq pul verilməsi barədə razılığa gəlməmişlər. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, İddiaçı verdiyi 2000 manat borc qaytarılmadığı təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. -Vəkillər Kollegiyasının Rəyasət Heyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1520 saylı məktubdan görünür ki, araşdırma zamanı Cavabdeh ötən ilin may ayında 2000 manat borc aldığını, lakin pulu razılaşdırılmış müddətdən daha gec qaytardığını bildirmiş, hazırda, borcunun olmadığını vurğulamışdır. Araşdırma zamanı borcun alınması və qaytarılması barədə yazılı sənədlər, həmçinin, təhqir olunmasını təsdiq edən faktlar aşkar edilməmişdir. Bununla belə, müəyyən olunmuşdur ki, vəkil Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozaraq vəkil kimi hüquqi yardım göstədiyi şəxsdən borc pul almaqla və borcun qaytarılması ilə bağlı narazılığın əmələ gəlməsinə şərait yaratmaqla vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Qeyd olunanlara əsasən, Cavabdeh vəkillik fəaliyyəti xx.xx.2022-ci il tarixdən intizam qaydasında 5 ay müddətinə dayandırılmışdır. Eyni zamanda, İddiaçı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 77 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu Mehdiabad qəsəbə ərazi dairəsi Mehdiabad qəsəbəsi H.Z.Tağıyev küçəsi 42 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında borc hüquq münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə borc məqsədilə 2000 manat vermiş, cavabdeh isə borc məbləğini həmin ayın sonuna qədər qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan alınmış borc məbləğini müəyyən edilmiş müddətdə və məbləğdə tam şəkildə iddiaçıya qaytarmadığından iddiaçı borc olaraq verilmiş 2000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı cavabdehin Abşeron rayon X2 verdiyi xx.xx.2022-ci il tarixli izahatı əsasında cavabdehin iddiaçıya 2000 manat borcunun olması barədə etirafı öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 2000 manat borcun tutulması qənaətinə gəlir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, belə qənaətə gəlir ki, cavabdeh polis bölməsində 2000 manat borc şəklində aldığı pul vəsaitini qaytardığını bildirsə də, 2021-ci ilin may ayının 5-də borc şəklində verilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmaması, iddiaçının həmin pulun geri qaytarılması ümidi ilə uzun müddət gözləməsi, aidiyyəti qurumlara müraciət etməsi, nəticə etibarı ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət etməsi cavabdehin həqiqətən də pulu qaytarmamasını təsdiq etməklə, verdiyi izahatında da cavabdehin səmimi olmadığını göstərir. Ona görə də iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov