Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5931/2025 27.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbiətə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təbiətə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsini təmin edib Cavabdeh tərəfindən təbiətə dəymiş 88,20 manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsi, karxanalara yaxın ərazidə 7 m3 həcmində qarışıq süxurun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 88,20 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X1 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında” qərarda qeyd olunan ödəmə normativlərinə əsasən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki', vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -11 saylı RETSİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xəzər rayonu, Türkan qəsəbəsi, karxanalara yaxın ərazidə “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə lisenziya və ya icazə sənədi olmadan yerin təkindən (7 m3 qarışıq süxur) istifadə edilməsi nəticəsində Cavabdeh tərəfindən AR İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Ziyan hesablama cədvəlindən (**-CG-***) görünür ki, 7 m3 qum kütləsinin daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 88,20 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsi, karxanalara yaxın ərazidə 7 m3 həcmində qarışıq süxurun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 88,20 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X1 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Lakin Cavabdeh tərəfindən vurulan zərər ödənilməmişdir. Ona görə də iddiaçı qurum hazırki tələb ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbiətə dəymiş 88,20 manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 78-ci maddəsində və X1 haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, ətraf mühitin qorunması hər bir şəxsin borcu, hər bir kəsin vəzifəsi hesab olunur. 111-ci maddəsinə əsasən, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında” qərarda qeyd olunan ödəmə normativlərinə əsasən, faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki', vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə uyğun olaraq X1 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. “Yerin təki haqqında’ Azərbaycan Respublikası qanununun 46,47 və 48-ci maddələrinin tələblərinə əsasən dəymiş ziyanın ödənilməsi təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib qeyd edir ki, 11 saylı RETSİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi Xəzər rayonu, Türkan qəsəbəsi, karxanalara yaxın ərazidə “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə lisenziya və ya icazə sənədi olmadan yerin təkindən (7 m3 qarışıq süxur) istifadə edilməsi nəticəsində Cavabdeh tərəfindən AR İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərar qanuni qüvvəsini almış, cavabdehin təqsirli olması sübuta yetirilmişdir. Ziyan hesablama cədvəlinə (**-CG-***) əsasən, 7 m3 qum kütləsinin daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 88,20 manat təşkil etmişdir. Həmin ziyanın hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarına uyğundur. Odur ki, qeyd edilən normaları və qanunun tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh tərəfindən təbiətə dəymiş 88,20 manat məbləğində ziyan tutularaq X1 üzrə Dövlət Fonduna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən təbiətə dəymiş 88,20 (səksən səkkiz manat iyirmi qəpik) manat məbləğində ziyan tutularaq X1 üzrə Dövlət Fonduna ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5931/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5931/2025
27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver