Məhkəmə qərarları › İş №2(012)-594/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-594/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-594/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim oğlunın sədrliyi Əliyeva Arzu Siyavuş oğlunın katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 05 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.08.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********51878 olan və İMEİ Kodu **********03080 olan Samsung J2 markalı telefon üçün 305 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, 26.02.2019-cu il tarixli müqaviləyə əsasən Anhel markalı künc divan üçün 1527 manat ödənilməmiş hissə, 336 manat dəbbə pulu və 01.08.2018-ci il tarixli müqaviləyə əsasən 395 manat borc Cavabdeh və Zamin müştərək qaydada 26.02.2019-cu il tarixli müqaviləsinə əsasən 1863 manat borc Cavabdeh, ümumilikdə 2258 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun, ümumilikdə 2288 manat pulun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 26.02.2019-cu il tarixli və 01.08.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********51878 olan və İMEİ Kodu **********03080 olan Samsung J2 markalı telefon, Anhel markalı künc divan almış və nəticədə 2258 manat borcu yaranmışdır. Cavabdeh 01.08.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 950 manat olan İMEİ Kodu **********51878 olan və İMEİ Kodu **********03080 olan Samsung J2 markalı telefon üçün ümumilikdə 395 manat olmaqla, ondan 305 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 26.02.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1680 manat olan Anhel markalı künc divan üçün ümumilikdə 1863 manat olmaqla, ondan 1527 manat ödənilməmiş hissə, 336 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 798 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 01.08.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin iddiaçı qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinə dəqiqləşəməyə dair ərizə təqdim edərək, Cavabdeh 26.02.2019-cu il tarixli müqaviləyə əsasən Anhel markalı künc divan üçün 1527 manat ödənilməmiş hissə, 336 manat dəbbə pulu olmaqla, ümumilikdə 1863 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 da iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 26.02.2019-cu il tarixli , № 00533572 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən Anhel markalı künc divanı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 sentyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 26.02.2019-cu il tarixli müqavilə üzrə Anhel markalı künc divan üçün borcu 1527 manat ödənilməmiş hissə, 336 manat dəbbə pulu olmaqla, ümumilikdə 1863 manat manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 26.02.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 336 manat dəbbə pulunun məbləği azaldılmalı və 30 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 26.02.2019-cu il tarixli müqaviləyə əsasən Anhel markalı künc divan üçün 1527 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, ümumilikdə 1557 manat pul alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 30 manatın 20 manaı cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.02.2019-cu il tarixli müqaviləyə əsasən Anhel markalı künc divan üçün 1527 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, ümumilikdə 1557 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsati alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar