Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5959/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı uşağı 04 avqust 2015-ci il təvəllüdlü X7 ilə birlikdə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 23 oktyabr 2014-cü il tarixdə İddiaçı oğlu X9 ilə ailə qurmuş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Cavabdeh İddiaçı gəlini olduğuna görə mülkiyyətində olan evə 2015-ci ilin oktyabr ayında qeydiyyata düşmüşdür. Abşeron rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə İddiaçı oğlu Orxan arasında olan nikah pozulmuşdur. Göründüyü kimi, cavabdeh artıq İddiaçı ailə üzvü deyildir, lakin buna baxmayaraq, İddiaçı mülkiyyətində olan evdə yaşamaqda davam edir. Eyni zamanda, öz hərəkətləri ilə İddiaçı əsəblərinin pozulmasına şərait yaradır. Bu səbəbdən, İddiaçı özü həmin evdə qala bilmir. İddiaçı cavabdehi evə qeydiyyata saldırsa da aralarında heç bir notariat qaydasında bağlanmış müqavilə və başqa razılaşma olmamışdır. Cavabdehin İddiaçı məxsus evdə qeydiyyatda qalması İddiaçı üçün bir sıra problemlər yaradır. Belə ki, İddiaçı həmin ev üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.07.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 91 saylı reyestr kitabının 93 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********61-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(012)-4213/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında Qaradağ rayon Qeydiyyat Şöbəsində 23 oktyabr 2014-cü ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 914 №-si ilə qeyd edilmiş nikah pozulmuş, 04 avqust 2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra iddiaçı Cavabdeh (ananın) yanında qalması, cavabdeh X6 iddiaçı Cavabdeh xeyrinə 04 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 25 iyun 2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh X6 dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli 3955 saylı arayışdan görünür ki, İddiaçı, X11, Cavabdeh və X1 rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evdə qeydiyyatdadır. -Qaradağ rayon İcra Hakimiyyəti 152 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli 2287 saylı arayışdan görünür ki, X2 rayonu Lökbatan qəsəbəsi 1595 keçid, 11 saylı evin 45 saylı mənzilində yaşayır. -Asan-Sumqayıt tərəfindən verilmiş 29.09.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu X9 ilə Cavabdeh 23.10.2014-cü il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri M.İbrahimov küçəsi 1 saylı evə gəlin köçərək 10.02.2015-ci il tarixdə həmin evə qeydiyyata düşmüşdür. Cavabdeh iddiaçının razılığı ilə həmin evə qeydiyyata düşsə də tərəflər arasında buna dair hər hansı yazılı razılıq olmamışdır. Abşeron rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(012)-4213/2021 saylı qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan azyaşlı uşaq cavabdehin yanında saxlanılmışdır. Nikahın pozulmasına baxmayaraq cavabdeh azyaşlı uşağı ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaqla həmin evdə yaşamağa davam etmiş və bu hal iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı evə istifadə hüququna xitam verilmə və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun mətnindən məlum olduğu kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi şəxslərin uçota alınması onların dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşıyır. Şəxs istifadə hüququ əsasında qaldığı yer və adətən yaşadığı yer üzrə qeydiyyata alınır. Şəxsin istifadə etmədiyi və yaşamadığı yerdə qeydiyyatda qalması onun uçot xarakterli qeydiyyatını formal edir. Mülki Məcəllənin:
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından görünür ki, İddiaçı oğlu X9 ilə hazırki iş üzrə Cavabdeh birgə nikahlarından 04.08.2015-ci il tarixdə X7 anadan olduğundan, Abşeron Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(012)-4213/2021 saylı qətnaməsi ilə 04.08.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra Cavabdeh (ananın) yanında qalması qət edildiyindən və yetkinlik yaşına çatmayan uşaq cavabdehin himayəsində olmaqla iddiaçıya məxsus olan evdə yaşadığından, hazırki iddia tələbi təmin edildiyindən cavabdehlə birlikdə azyaşlı uşaq da fərdi yaşayış evindən çıxarılmalıdır. Belə ki, istinad olunan qanunvericilik normasının tələbinə əsasən həmin uşağın yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmaqla, məhkəmənin yetkinlik yaşına çatmış cavabdehə münasibətdə gəldiyi hüquqi nəticə onun azyaşlı uşağına da şamil edilməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutub hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn təmin edilməli, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri M.İbrahimov küçəsi 1 saylı evə istifаdə hüququ itirilmiş hеsаb еdilməklə həmin evdən çıxarılmalıdır. Məhkəmə еyni zаmаndа hеsаb еdir ki, cаvаbdеhin iddiаçıyа məхsus mənzilə istifаdə hüququ itirilmiş hesab edildiyindən qətnаmənin nəticə hissəsində, hаzırkı qətnаmənin cаvаbdеhin mübаhisəli ünvаndаn yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsı üçün əsаs оlmаsı göstərilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh azyaşlı uşağı 04.08.2015-ci il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri M.İbrahimov küçəsi 1 saylı evə istifаdə hüququ itirilmiş hеsаb еdilməklə həmin evdən çıxarılsınlar. Qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov