Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5983/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2012-cü il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 21.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 87 manat alimentin miqdarı artırılaraq 175 manat, 14.09.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat, Mələk 3 yaşına çatana kimi isə 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1tnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 21.09.2010-cu il təvəllüdlü X3 və 14.09.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 87 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin və 14.09.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi isə 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1tnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh ilə onun arasında 01 iyun 2010-cu il tarixdə bağlanmış və akt qeydləri kitabında 772 № ilə qeyd edilmiş nikahın pozulması, 21.09.2010-cu il təvəllüdlü X1 onun yanında qalması, 21.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 avqust 2012-ci il tarixdən başlayaraq, hər ay 87 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin aralarında olan nikah pozulduqdan sonra o, cavabdeh ilə yenidən barışmış, ər-arvad münasibətlərində qeyri-rəsmi olaraq yaşamağa başlamışlar. Onların faktiki münasibətlərindən 14.09.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Lakin onlar hazırda yenidən ayrı yaşayırlar və o, övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçı ilə boşandıqdan sonra yenidən barışmışlar. Bu münasibətlərində 14.09.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Lakin hazırda 2 aydan çoxdur ki, ayrı yaşayırlar. O, aliment ödəyir. Aylıq əmək haqqı 800 manat təşkil edir. Onun himayəsində başqa ailəsindən olan övladı da vardır. Bu səbəbdən o, ümumilikdə 250 manat aliment ödəməyə razıdır. İddia tələbinin Mələyin 3 yaşına çatana kimi isə 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə razı deyildir. Odur ki, o, iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İİ № 778474 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 21.09.2010-cu ildə Sumqayıt şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 380463 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 14.09.2019-cu ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İV № 366204 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 14.09.2019-cu ildə Sumqayıt şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ünvan 1tnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə Novruzova (Orucova) Aynur Qənimət qızı arasında 01 iyun 2010-cu il tarixdə bağlanmış və akt qeydləri kitabında 772 № ilə qeyd edilmiş nikahın pozulması, 21.09.2010-cu il təvəllüdlü X1 Novruzova (Orucova) Aynur Qənimət qızının yanında qalması, 21.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 avqust 2012-ci il tarixdən başlayaraq, hər ay 87 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Novruzova (Orucova) Aynur Qənimət qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutlat tədqiq edilərkən alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki,alimentin miqdarı artırılaraq 21.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən, bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi və cavabdehdən tutulacaq alimentin məbləği 14.09.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, 14.09.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment 29.09.2021-ci ildən tutulmalıdır. Belə ki, məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, hazırki iş üzrə cavabdehin hər ay hər uşaq üçün iddiaçıya 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməsi, həmçinin 14.09.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi real olmadığından faktiki olaraq imkanı xaricindədir. Həmçinin cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyi üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1tnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 21.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. 29.09.2021-ci il tarixdən başlayaraq 14.09.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. İddia tələbi 14.09.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5983/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5983/2021
05.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver