Məhkəmə qərarları › İş №2(012)-6/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X5 edilməsi Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə ******* manat, faiz borcu üzrə 521139,05 manat olmaqla, cəmi 1521139,05 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 edilməsi Agentliyinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddiaçı X5 edilməsi Agentliyinin, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə 'Aqrarkredit” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə “X4 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1135 saylı, 18 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh arasında 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 % tətbiq edilməklə, 36 aymüddətinə ******* (bir milyon) manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci xx.xx.2012-ci il, xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4-cü bəndi) “Borcalana verilən vəsaitindən istifadə müddəti 36 aydır. (5.5-ci bəndi) Kredit vəsaitinin istifadə müddəti 15 avqust 2015-ci il tarixdə bitmişdir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti maq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 12 % ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə edirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu əsas borc üzrə ******* manat, faiz borcu üzrə 521139,05 olmaqla, cəmi 1521139,05 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə ə öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, 2012-ci il tarixdə Beynəlxalq Bankda işə qəbul olmuş və aylıq maaşı 400 manat təşkil etmişdir. Bir müddət sonra Dünyamin Xəlilov adında şəxs onu öz otağına çağıraraq Cahangir Xəlilovla söhbət etdiyini, hazırda Oğuz şəhərində X7 tikildiyini, ona görə də tikinti üçün pul lazım olduğunu və onun adına formal olaraq ******* manat kredit götürüləcəyini lakin bu məbləğin bir neçə aya adından silinəcəyini bildirmişdir. O da işini itirməmək üçün bu təkliflə razılaşmış və kredit müqaviləsinə qol çəkmişdir. Bu hadisədən təxminən iki il sonra o, bankdan kredit götürmək istəyəndə adına sistemdə kredit olduğu bildirilmişdir. O, Dünyamin Xəlilovdan adından borcun niyə silinmədiyini soruşmuş, Dünyamin Xəlilov isə ona narahat olmamağını və bu məsələni həll edəcəyini bildirmişdir. Dünyamin Xəlilov 2015-ci ildə həbs ediləndən sonra onu Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinə çağırmışlar. X6 bu işlə heç bir əlaqəsini olmadığını bildirmiş və bütün məsuliyyətin onda olmasına dair sənəd imzalamışdır. O da pulu Dünyamin Xəlilovun götürdüyünü təsdiq edən sənədə qol çəkmişdir. Lakin həmin sənədi oma verməmişlər. Odur ki, iş materiallarına olan imzalar ona aid deyildir və imzalar saxtaladırılmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsindən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh arasında bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 12 % tətbiq edilməklə, 36 aymüddətinə ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağıamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 №-li Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müavafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC, İddiaçı QSC-yə onun "xxxx" ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquqi xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar "xxxx" MMC-nin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şəraiti yaratmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il müqavilənin bitmə tarixinə əsas borc üzrə ******* manat, faiz borcu üzrə 521139,05 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2019-cu il tarixli, 9022 №-li ekspert rəyindən görünür ki, 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il tarixə banka olan əsas borcu ******* manat məbləğində, faiz borcu isə 355972,89 manat, xx.xx.2018-ci il tarixə banka olan əsas borcu ******* manat məbləğində, faiz borcu isə 689972,89 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında arasında 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. İddiaçı təşkilat tərəflər arasında bağlanmış 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə,yəni xx.xx.2015-ci il tarixinə cavabdehdən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 521139,05 manat olmaqla, cəmi 1521139,05 manat məbləğində pul vəsaiti tələb etmiş,məhkəmə isə hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2019-cu il tarixli, 9022 saylı ekspert rəyi ilə 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il tarixə, yəni müqavilənin bitmə tarixinə banka olan əsas borcu ******* manat, faiz borcu isə 355972,89 manat müəyyən edilmiş, məhkəmə-mühasibatlıq ekspertizası rəyində müəyyən edilən məbləği təkzib edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatınavə maliyyə arayışına tənqidi yanaşaraq,ekspert rəyində göstərilmiş məbləği həqiqi hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 15 avqust 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2019-cu il tarixli, 9022 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 22 manat məbləği İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından, 178 manat məbləği isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə ******* manat, faiz borcu üzrə 355972,89 manat olmaqla, cəmi 1355972,89( bir milyon üç yüz əlli beş min doqquz yüz yetmiş iki min səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2019-cu il tarixli, 9022 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 22 manat məbləği İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından, 178 manat məbləği isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar