Məhkəmə qərarları › İş №2(012)-6007/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6007/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6007/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı X5 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Nikoyl İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.07.2019-cu il tarixli 4-MZ- 1-0-680-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2007.38 manat əsas və 207.77 manat faiz borcu olmaqla cəmi 2215.15 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Yelobank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 10.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 3500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.07.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 03.02.2021-ci il tarixli əlavə sazişə əsasən müqavilənin müddəti 22.04.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24.09.2021-ci il tarixədək Cavabdeh1 banka kredit müqaviləsi üzrə 2007.38 manat əsas, 207.77 manat faiz olmaqla cəmi 2215.15 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, 10.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 3500 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 bank qarşısında zamin dayanmışdır. Həyat yoldaşı infarkt keçirdiyindən onun müalicəsi üçün maddi çətinliyi yaranmış, bu səbəbdən də kredit götürmək qərarına gəlmişdir. Hazırda iddia tələbini qəbul edir, ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Nikoyl İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı kredit müqaviləsindan görünür ki, kredit verən kredit alana 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə istehlak məqsədilə 3500 manat kredit verməyi öhdəsinə götürmüşdür. -10.07.2019-cu il tarixli kassa mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 bankdan 3500 manat pul vəsaitini imza edərək təhvil almışdır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 10.08.2019-cu il tarixdən başlayaraq, 10.01.2021-ci il tarixinə kimi hər ay banka 235.17 manat (sonuncu ay isə 235.22 manat) ödəməklə qaytarmalıdır. -Kreditor Nikoyl İKB ASC ilə borclu Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı kredit müqaviləsinə 22.05.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2193.23 manat, kreditin müddəti 22.04.2021-ci il tarixədək uzadılmış, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2 ay müəyyən edilmişdir. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 22.06.2020-ci il tarixdən başlayaraq, 22.04.2021-ci il tarixinə kimi hər ay banka 269.77 manat (sonuncu ay isə 269.81 manat) ödəməklə qaytarmalıdır. -10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı zaminlik müqaviləsinə 22.05.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2193.23 manat, kreditin müddəti 22.04.2021-ci il tarixədək uzadılmış, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2 ay müəyyən edilmişdir. -10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı kredit müqaviləsinə 05.10.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2298.12 manat, kreditin müddəti 22.07.2021-ci il tarixədək uzadılmış, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 ay müəyyən edilmişdir. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 22.10.2020-ci il tarixdən başlayaraq, 22.07.2021-ci il tarixinə kimi hər ay banka 282.68 manat (sonuncu ay isə 282.65 manat) ödəməklə qaytarmalıdır. -10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı zaminlik müqaviləsinə 05.10.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2298.12 manat, kreditin müddəti 22.07.2021-ci il tarixədək uzadılmış, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 ay müəyyən edilmişdir. -10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı kredit müqaviləsinə 03.02.2021-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2007.38 manat, kreditin müddəti 22.04.2022-ci il tarixədək uzadılmış, kreditin qaytarılması gecikdirildiyi təqdirdə gecikdirilmiş illik faiz dərəcəsi 72 faiz müəyyən edilmişdir. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 22.02.2021-ci il tarixdən başlayaraq, 22.04.2022-ci il tarixinə kimi hər ay banka 157.20 manat (sonuncu ay isə 136.76 manat) ödəməklə qaytarmalıdır. -10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı zaminlik müqaviləsinə 05.10.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2007.38 manat, kreditin müddəti 22.04.2021-ci il tarixədək uzadılmış, kreditin qaytarılması gecikdirildiyi təqdirdə gecikdirilmiş illik faiz dərəcəsi 72 faiz müəyyən edilmişdir. -24.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Yelobank ASC-yə 2007.38 manat əsas, 207.77 manat faiz olmaqla cəmi 2215.15 manat borcu vardır. -Yelobank ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 25.08.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank borcalanlara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 28.06.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Mehdiabad qəsəbəsi D.Qorqud küçəsi 56 saylı evdə qeydiyyatdadır. -Sabunçu RPİ tərəfindən verilmiş 15.10.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Ə.Bağırov küçəsi 15B saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2., 422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Nikoyl İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.07.2019-cu il tarixli 4-MZ-1-0-680-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2007.38 manat əsas və 207.77 manat faiz borcu olmaqla cəmi 2215.15 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı Yelobank ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Nikoyl İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.07.2019cu il tarixli 4-MZ-1-0-680-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.07.2019-cu il tarixli 4- MZ-1-0-680-19 saylı kredit müqaviləsi üzrə 2007.38 (iki min yeddi manat otuz səkkiz qəpik) manat əsas və 207.77 (iki yüz yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 2215.15 (iki min iki yüz on beş manat on beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X5 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar