Məhkəmə qərarları › İş №2(012)-6055/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6055/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6055/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı ASC-nin (əvvəlki adı: "xxxx" İKB ASC) Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02.10.2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartların və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə banka 376,14 manat əsas borc, 29,64 manat faiz borcu olmaqla ümumilikdə cəmi 405,78 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 02.10.2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartların və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatından illik 25 faizlə 24 ay müddətinə 1500 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı ASC ilə bağlanmış tələbin güzəşti barədə 27 fevral 2020-ci il tarixli müqaviləyə 27 fevral 2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartların və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 02.10.2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartların və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsindən görünür ki, Cavabdeh “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatından illik 25 faizlə 24 ay müddətinə 1500 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. İş materiallarında olan “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı ASC ilə bağlanmış tələbin güzəşti barədə 27 fevral 2020-ci il tarixli müqaviləyə 27 fevral 2020-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, Cavabdeh ilə “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartların və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. İş materiallarında olan 17.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.10.2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartların və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə İddiaçı ASC-yə 376,14 manat əsas borc, 29,64 manat faiz borcu olmaqla ümumilikdə cəmi 405,78 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02.10.2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartların və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə 376,14 manat əsas borc, 29,64 manat faiz borcu olmaqla ümumilikdə cəmi 405,78 manat borc və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar