Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6164/2025 11.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1737/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək,xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay bir uşaq üçün 246 manat, cəmi 738 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1737/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə aralarında 08 avqust 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsində 421 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 İddiaçı himayəsinə verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 09 fevral 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı üç övladı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Uzun müddətdir ki, cavabdeh tərəfindən ona aliment pulu ödənilmir. Cavabdeh "xxxx" QSC-də ərazi gözətçisi vəzifəsində çalışırdı. Həmin işindən ayrılmışdır və ona görə də uzun müddətdir ki, övladlarının aliment pulunu ödəmir. İddiaçı üç yetkinlik yaşına çatmaqda olan övladlarının maddi təminatını ödəməkdə çətinlik çəkdyini,cavabdeh tərəf bunu bildiyi halda aylardır ki, bir manatda olsa övladlarına maddi köməklik etmədiyini və işləmədiyini bəhanə gətirdiyini bildirmişdir. Alimentin miqdarının dəyişdirilməsinə ehtiyac vardır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və işsiz olduğunu maddi imkanının yaxşı olmadığını və hər ay 400-450 manat aliment ödəməyə razı olduğunu bildirdi. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1737/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X5 arasında 08 avqust 2007-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 421 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması,xx.xx.2008-cı il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları İddiaçı himayəsinə verilməsi,xx.xx.2008-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 09 fevral 2022-cı il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın yarısı miqdarında alimentin verilməsi qət edilmişdir. İşdə materiallarında olan AZ-İİ 099289,AZ-İİ 607290 və AZ-İİİ 275926 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqlar doğulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Nəzrin,Aydan,Surxay adlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1737/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş hər ay cəmi 246 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 510 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1737/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,425 misli həddində aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6164/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6164/2025
11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver