Məhkəmə qərarları › İş №2(012)-6180/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6180/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6180/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********93628 Huawei P30 markalı, Xiaomi Amazfit saat üçün 1171 manat ödənilməmiş hissə, 340 manat dəbbə pulu, 08.12.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann Solo soba üçün 365 manat ödənilməmiş hissə, 103 manat dəbbə pulu, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən, LG musiqi mərkəzi üçün 297 manat ödənilməmiş hissə, 89 manat dəbbə pulu, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led televizor üçün 676,40 manat ödənilməmiş hissə, 184 manat dəbbə pulu, 04.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********93184 Samsung Galaxy A51 markalı telefon üçün 792 manat ödənilməmiş hissə, 237 manat dəbbə pulu olmaqla, ümumilikdə 4254,40 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh və Zamin müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağladığı 10.08.2019-cu il, 08.12.2019-cu il, 13.12.2019-cu il, 01.02.2020-ci və 04.02.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********93628 Huawei P30 markalı, Xiaomi Amazfit saat, Hoffmann Solo soba, LG musiqi mərkəzi, Hoffmann Led televizor, İMEİ Kodu **********93184 Samsung Galaxy A51 markalı telefon almış və 4254,40 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2486 manat olan İMEİ Kodu **********93628 Huawei P30 markalı, Xiaomi Amazfit saat üçün 1171 manat ödənilməmiş hissə, 340 manat dəbbə pulu, alqı-satqı qiyməti 632 manat olan Hoffmann Solo soba üçün 365 manat ödənilməmiş hissə, 103 manat dəbbə pulu, alqı-satqı qiyməti 404 manat olan LG musiqi mərkəzi üçün 297 manat ödənilməmiş hissə, 89 manat dəbbə pulu, alqı-satqı qiyməti 903,40 manat olan Hoffmann Led televizor üçün 676,40 manat ödənilməmiş hissə, 184 manat dəbbə pulu və alqı-satqı qiyməti 1022 manat olan İMEİ Kodu **********93184 Samsung Galaxy A51 markalı telefon üçün 792 manat ödənilməmiş hissə, 237 manat dəbbə pulu olmaqla, ümumilikdə 4254,40 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2146 manat təşkil edir. Eyni zamanda 10.08.2019-cu il tarixli, 00836218 saylı zaminlik müqaviləsi bağlanmış, 10.08.2019-cu il tarixli, 00836218 saylı müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 10.08.2019-cu il tarixli, 00836218 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********93628 Huawei P30 markalı, Xiaomi Amazfit saat almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.12.2019-cu il tarixli, 01111765 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Hoffmann Solo soba almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.12.2019-cu il tarixli, 01122985 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh LG musiqi mərkəzi almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.02.2020-ci il tarixli, 20073604 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Hoffmann Led televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.02.2020-ci il tarixli, 20079910 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********93184 Samsung Galaxy A51 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.08.2019-cu il tarixli, 00836218 saylı zaminlik müqaviləsindən görünür ki, 10.08.2019-cu il tarixli, 00836218 saylı müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********93628 Huawei P30 markalı, Xiaomi Amazfit saat üçün Cavabdeh 1171 manat ödənilməmiş məbləğ və 340 manat dəbbə pulu, Hoffmann Solo soba üçün 365 manat ödənilməmiş hissə, 103 manat dəbbə pulu LG musiqi mərkəzi üçün 297 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, Hoffmann Led televizor üçün 676,40 manat ödənilməmiş hissə, 184 manat dəbbə pulu və İMEİ Kodu **********93184 Samsung Galaxy A51 markalı telefon üçün 792 manat ödənilməmiş hissə, 237 manat dəbbə pulu olmaqla, ümumilikdə 4254,40 manat borcu vardır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 10.08.2019-cu il tarixli, 00836218 saylı, 08.12.2019-cu il tarixli, 01111765 saylı, 13.12.2019-cu il tarixli, 01122985 saylı, 01.02.2020-ci il tarixli, 20073604 saylı və 04.02.2020-ci il tarixli, 20079910 saylı alqı-satqı müqavilələri və10.08.2019-cu il tarixli, 00836218 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 10.08.2019-cu il tarixli, 00836218 saylı, 08.12.2019-cu il tarixli, 01111765 saylı, 13.12.2019-cu il tarixli, 01122985 saylı, 01.02.2020-ci il tarixli, 20073604 saylı və 04.02.2020-ci il tarixli, 20079910 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində 10.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********93628 Huawei P30 markalı, Xiaomi Amazfit saat üçün üçün hesablanmış 340 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 20 manat, 08.12.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann Solo soba üçün hesablanmış 103 manat dəbbə pulu 5 manat, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən, LG musiqi mərkəzi üçün hesablanmış 89 manat dəbbə pulu 5 manat, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led televizor üçün hesablanmış 184 manat dəbbə pulu 10 manat və 04.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********93184 Samsung Galaxy A51 markalı telefon üçün hesablanmış 237 manat dəbbə pulu isə 10 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh 10.08.2019-cu il tarixli, 00836218 saylı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" MMC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Zamin öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 10.08.2019-cu il tarixli, 00836218 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********93628 Huawei P30 markalı, Xiaomi Amazfit saat üçün 1171 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 08.12.2019-cu il tarixli, 01111765 saylı, müqaviləyə əsasən, Hoffmann Solo soba üçün 365 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 13.12.2019-cu il tarixli, 01122985 saylı, müqaviləyə əsasən, LG musiqi mərkəzi üçün 297 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 01.02.2020-ci il tarixli, 20073604 saylı müqaviləyə əsasən, Hoffmann Led televizor üçün 676,40 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 04.02.2020-ci il tarixli, 20079910 saylı müqaviləsinə əsasən, İMEİ Kodu **********93184 Samsung Galaxy A51 markalı telefon üçün 792 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 3351,40 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh və Zamin müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar