Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6241/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, kreditor "xxxx" MMC-nin borclu Salahova Rəsmiyyə Fərzalı qızı barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC borclu Salahova Rəsmiyyə Fərzalı qız barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan "xxxx" MMC-nin xeyrinə 2940 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizə geri qaytarılmalıdır. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Poçt göndərişlərinin izlənməsi haqqında elektron çıxarışdan (SS722837625AZ) görünür ki, ərizə 02.10.2021-ci il tarixdə qəbul olunub, 05.10.2021-ci il tarixdə poçta daxil olmuş, 05.10.2021-ci il tarixdə də Abşeron rayon Məhkəməsinə çatdırılmışdır. Odur ki, hazırki ərizəyə yeni qəbul edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən məbləğdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də, hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Kreditora izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda kreditor ərizənin hansı tarixdə poçta təhvil verilməsini müəyyən etmək üçün ərizənin poçta təhvil verilməsi ilə əlaqədar poçt tərəfindən təqdim olunan qəbzi ərizəyə əlavə etməklə yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3. maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa-ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından kreditor "xxxx" MMC-nin 29.09.2021-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 20 (iyirmi) manat məbləğində dövlət rüsumu pul dövlət büdcəsinin vəsaiti hesabından kreditor "xxxx" MMC-yə qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275- 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor "xxxx" MMC-nin borclu Salahova Rəsmiyyə Fərzalı qızı barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Kreditor "xxxx" MMC-nin 29.09.2021-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 20 (iyirmi) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından kreditor "xxxx" MMC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. Kreditora izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6241/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6241/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver