Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-626/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12165 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 127 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Cavabdeh tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 4 radələrində, xx.xx.2022-ci il tarixdə saat 5 radələrində və xx.xx.2022-ci il tarixdə saat 4 radələrində ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, bundan başqa həyətdə anbar kimi nəzərdə tutulmuş tikilinin qapısını açmaqla qanunsuz daxil olub 1 ədəd 1500 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid mühərrikin valını, 1 ədədi 60 manat olmaqla ümumi 180 manat dəyərində 8 ədəd Kamaz markalı yük avtomobilinə aid mühərrikin başlığını, 7 ədəd ümumi 460 manat dəyərində 26 dişli most şestirnasını, 1 ədədi 70 manat olmaqla ümumi 560 manat dəyərində 8 ədəd 13 dişli most şestirnasını, 1 ədəd 180 manat dəyərində kardani, 1 ədədi 70 manat olmaqla ümumi 490 manat dəyərində 7 ədəd arxa kardani, 1 ədədi 100 manat olmaqla ümumi 300 manat dəyərində 3 ədəd stupça (tokor bağlanan yer), 1 ədədi 40 manat olmaqla ümumi 240 manat dəyərində ədəd reaktiv stangani, 1 ədədi 50 manat olmaqla ümumi 100 manat dəyərində 2 ədəd barabant, 1 ədəd 140 manat dəyərində cütləşdiricini (parasonik), 1 ədədi 50 manat olmaqla ümumi 150 manat dəyərində 3 ədəd razdatkani, 1 ədədi 20 manat olmaqla ümumi 240 manat dəyərində 12 ədəd kardan flansini, 1 ədədi 150 manat olmaqla ümumi 450 manat dəyərində 3 ədəd Kamaz markalı avtomobilin mostunun 49 diş sestimasini, 1 ədədi 150 manat olmaqla ümumi 600 manat dəyərində 4 ədəd Kamaz markalı avtomobilin mostunun codis estimasini 1 ədədi 150 manat olmaqla ümumi 450 manat dəyərində 3 ədəd most canagini, 1 ədədi 80 manat olmaqla ümumi 160 manat dəyərində 2 ədəd qabaq most canagini, 1 ədədi 15 manat olmaqla ümumi 180 manat dəyərində 12 ədəd most krişnasının 10 manat olmaqla ümumi 80 manat dəyərində 8 ədəd mühərrik gilizini, 1 ədədi 50 manat olmaqla ümumi 300 manat dəyərində 6 ədəd satunu (porginia birlikdə), 1 ədədi 120 manat olmaqla ümumi 360 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid 3 ədəd dinamonu, 1 ədədi 70 manat olmaqla ümumi 350 manat dəyərində 5 ədəd hava kompressorunu, 400 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid 1 dəst süratler qutusunun içərisini, 1 ədədi 140 manat olmaqla ümumi 280 manat dəyərində 2 ədəd starter, 1 ədədi 80 manat olmaqla ümumi 320 manat dəyərində 4 ədəd starter içərisini, 1 ədədi 100 manat olmaqla ümumi 400 manat dəyərində 4 ədəd 1.5 kv-lıq 3 fazani. 300 manat dəyərində 30 metr uzunluğunda qaynaq aparatının mis sarğısını, 1 ədədi 25 manat olmaqla ümumi 100 manat dəyərində qaynaq mühərrikinin 4 ədəd qalofkasını, 1 ədədi 15 manat olmaqla ümumi 90 manat dəyərində qaynaq mühərrikinin 6 ədəd gilizini, 280 manat dəyərində qaynaq mühərrikinin 3 ədəd yanacaq nasosunu, 1 ədəd 150 manat dəyərində böyük dinamonu, 375 manat dəyərində 25 mm ölçüdə 15 metr uzunluğunda mis naqili, 1 ədədi 250 manat olmaqla ümumi 1000 manat dəyərində qaynaq aparatının mühərrikinin 4 ədəd starterini və 700 manat dəyərində dəmir metal parçalarını gizli olaraq vahid niyyətlə talayıb, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə göstərildiyi kimi ona ümumilikdə 12165 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Onun şikayəti əsasında cavabdeh istintaqa cəlb edilmiş, oğurluq etməsi sübuta yetirilmiş və onun barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-453/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hökm öz qanuni qüvvəsini almışdır. Ona dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Ona qarşı qaldırılmış iddianın mahiyyəti və iddiaya etiraz etmə hüququ barədə hazırda Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məlumat verilmiş, lakin onun tərəfindən hər hansı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-453/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı ümumilikdə 12165 manat maddi zərər vurmasını etiraf etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Cavabdeh tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 4 radələrində, xx.xx.2022-ci il tarixdə saat 5 radələrində və xx.xx.2022-ci il tarixdə saat 4 radələrində ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, bundan başqa həyətdə anbar kimi nəzərdə tutulmuş tikilinin qapısını açmaqla qanunsuz daxil olmuş və ümumi dəyəri 12165 manat təşkil edən bir neçə əşyanı oğurlamış və iddiaçıya göstərilən məbləğdə maddi zərər vurmuş, əsassız varlanmışdır. Bu hallar qanuni qüvvəsini almış məhkəmə hökmü ilə tamamilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd edilən hökmdən görünür ki, təqsirləndirilən şəxs malları satmışdır, yəni həmin malları vermək mümkün deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, onların dəyəri olan 12165 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 12165 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 127 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12165 manat və dövlət rüsumu üçün 127 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-626/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-626/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver