Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-630/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx xxx 2019-cu il tarixli, 219-MAX-0342-19 saylı kredit müqaviləsinə əsasən 324.28 manat əsas borc, 0.00 manat faiz borcu, 18.90 manat cərimə borcu,xx xxxxxx 2020-ci il tarixli 181-TEL-0101-20 saylı kredit müqaviləsinə əsasən 1418.45 manat əsas borc,156.45 manat faiz borcu və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 1948,48 manat borcun Cavabdeh BOKT “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “xxxx” MMC ilə bağlanmış xx xxx 2019-cu il tarixli, 219-MAX-0342-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 0 faiz olmaqla 1299 manat məbləğində kredit verilmişdir, həmçinin BOKT “xxxx” MMC ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli 181-TEL-0101-20 saylı müqaviləyə əsasən Cavabdeh illik 35 faiz dərəcəsi ilə 12 ay müddətinə 1482 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun xx xxx 2019-cu il tarixli, 219-MAX-0342-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 324.28 manat əsas borc, 0.00 manat faiz borcu, 18.90 manat cərimə borcu, xx xxxxxx 2020-ci il tarixli 181-TEL-0101-20 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1418.45 manat əsas borc,156.45 manat faiz borcu olmaqla, ümumilikdə 1918.08 manat borcu yaranmışdır. Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcunu qaytarmamışdır. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx xxx 2019-cu il tarixli, 219-MAX-0342-19 saylı kredit müqaviləsindən müəyyən edilir ki, BOKT “xxxx” MMC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 0 faiz olmaqla 1299 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 181-TEL-0101-20 saylı kredit müqaviləsindən müəyyən edilir ki, BOKT “xxxx” MMC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 1482 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, N MA-0018280-20 saylı maliyyə arayışından müəyyən edilir ki, xx xxx 2019-cu il tarixli, 219-MAX-0342-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixinə BOKT “xxxx” MMC-yə 324.28 manat əsas borc, 0.00 manat faiz borcu, 18.90 manat cərimə borcu, cəmi 343.18 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, N MA-0018279-20 saylı maliyyə arayışından müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixli 181-TEL-0101-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixinə BOKT “xxxx” MMC-yə 1418.45 manat əsas borc,156.45 manat faiz borcu olmaqla ümumilikdə 1574.90 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı BOKT “xxxx” MMC və Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx xxx 2019-cu il tarixli, 219-MAX-0342-19 saylı kredit müqaviləsi üzrə 324.28 manat əsas borc, 0.00 manat faiz borcu, 18.90 manat cərimə borcu, cəmi 343.18 manat, xx xxxxxx 2020-ci il tarixli 181-TEL-0101-20 saylı kredit müqaviləsinə əsasən 1418.45 manat əsas borc,156.45 manat faiz borcu və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 1948,48 manat borc məbləğində pul alınaraq iddiaçı BOKT “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin, hesab edir ki, 30.40 manat dövlət rüsumu və xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı BOKT “xxxx” MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxx 2019-cu il tarixli, 219-MAX-0342-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 324.28 manat əsas borc, 0.00 manat faiz borcu, 18.90 manat cərimə borcu, cəmi 343.18 manat, xx xxxxxx 2020-ci il tarixli 181-TEL-0101-20 saylı kredit müqaviləsinə əsasən 1418.45 manat əsas borc,156.45 manat faiz borcu və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 1948,48 manat borc pul alınaraq BOKT “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-630/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-630/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver