Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-630/2022 07.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 07 yanvar 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3265/2019 saylı, 09.08.2019-cu il tarixli qətnaməsi ilə 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 16/2012 saylı, 20 fevral 2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması və həmin azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 sentyabr 2011-ci il tarixdən hesablanması qət edilmişdir. Daha sonra iddiaçı alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1675/2012 saylı, 31 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 87 manat, cəmi 174 manat alimentin 03 avqust 2012-ci il tarixdən hesablanaraq Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Daha sonra iddiaçı alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3265/2019 saylı, 09.08.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin edilmiş alimentin məbləği azdır və hazırda azyaşlı uşaqların maddi ehtiyaclarını qarşılamır. Bu səbəbdən iddiaçı hesab edir ki, alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun təyin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə birgə nikahdan doğulan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin edilmiş alimentin miqdarının artırılaraq ümumilikdə 300 manat məbləğində müəyyən edilməsinə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3265/2019 saylı, 09.08.2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1675/2012 saylı, 31 avqust 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment miqdarının dəyişdirilərək, 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər və maddi ehtiyacları artmaqdadır. Məhkəmə azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3265/2019 saylı, 09.08.2019-cu il tarixli qətnaməsi ilə 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləği dəyişdirilməli, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3265/2019 saylı, 09.08.2019-cu il tarixli qətnaməsi ilə 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 01 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-630/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-630/2022
07.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver