Məhkəmə qərarları › İş №2(012)-6308/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6308/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6308/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 2(012)-6308/2021 ABŞERON RAYON MƏHKƏMƏSİNİN QƏRARDADİ (məhkəmə əmrinin qaytarılması barədə) 13 oktyabr 2021-ci ildə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Kreditor MMC-nin Borclu qarşı borclunun tutulmasına dair məhkəmə əmini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Kreditor MMC əmr icraatı qaydasında məhkəməyə müraciət edərək, 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOTPOİNT Paltaryuyan, HOTPOİNT Soyuducu üçün 590 manat ödənilməmiş hissə, 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan üçün 844 manat ödənilməmiş hissə, 23.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52672 Samsung J2 markalı telefon üçün 253 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1687 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, məhkəmə əmri və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsinə dövlət rüsumunun tam ödənilməsi barədə qəbzi əlavə etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan MPM-nin 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən Kreditor MMC-nin Borclu qarşı borclunun tutulmasına dair məhkəmə əmri və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü, 278ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Kreditor MMC-nin Borclu qarşı borcun tutulmasına dair məhkəmə əmri və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Kreditora, məhkəmə əmrinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar