Məhkəmə qərarları › İş №2(012)-633/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-633/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-633/2023 30.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 hər iki uşağa görə əmək haqqının 1/3 hissəsi qədər aldığı 120 manat aliment məbləğini sabit alimentə dəyişərək, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşağa görə 135 manat aliment kəsilmişdir. O, anasının pensiyası ilə dolanır, özü isə 300 manat maaş alır. Odur ki, o, maddi imkanı aşağı olduğundan hər iki uşaq üçün 300-320 manat təyin edilməsini xahiş etdi. Məhkəmədə məlum olmuşdur ki, İddiaçı iddia ərizəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etsə də, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 27 oktyabr 2007-ci il təvəllüdlü X3 və 06 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən Yasamal Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(004)-2533/2015 saylı qətnaməsi ilə müəyyənləşdirilən alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat manat məbləğində müəyyən edilməsi, həmin pul vəsaitinin qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. Belə olan halda iddiaçı iddia ərizəsində “Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi” əvəzinə “Yasamal Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qətnaməsi” ilə müəyyən edilmiş alimentin miqdarının atırılmasını tələb etməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar