Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-635/2022 02.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin bank hesabına köçürülməsi və pulun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 29.01.2002-ci il təvəllüdlü X5 və 29.08.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində cəmi 200 manat alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 1 uşağa görə qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılması şərtilə, iddia ərizəsinin “Xahiş edirəm” hissəsində 1 uşağa görə, yəni, 29.08.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı aliment məbləğinin bank hesabına köçürülməsi və pulun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-298/2019 saylı, 21.02.2019-cu il tarixli qətnaməsi ilə qət edilən 29.08.2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 22.11.2018-ci tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində tutulan 100 manat alimentin 18 yaşına çatana qədər X6 adına açılmış bank hesabına köçürülməsi, 29.01.2021-ci il tarixdən 29.12.2021-ci il tarixə kimi 24 ay ərzində onun tərəfindən İddiaçı artıq ödənilmiş 3265 manat alimentin geri qaytarılması, Cavabdeh tərəfindən ödənilmiş 63 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddiaçı ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-298/2019 saylı, 21.02.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə onun arasında 12.08.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanaraq, 457 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 29.01.2002-ci il tarixdə doğulmuş X5 və 29.08.2010-cu il tarixdə doğulmuş X6 onun himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanması məqsədilə Cavabdeh 22.11.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 100 manat olmaqla cəmi 200 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Onun cavabdeh ilə birgə nikahından dünyaya gəlmiş 29.01.2002-ci il tarixdə doğulmuş X10 adını dəyişdirərək, X3 qeydə alınmışdır. Qızı Lara artıq yetkinlik yaşına çatmışdır. O, hazırda cavabdehdən bir oğlu üçün cəmi 100 manat aliment alır. Cavabdeh Neft Şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışır və onun aylıq əmək haqqı təxminən 2000 manat təşkil edir. Lakin cavabdeh ona kinli münasibət bəslədiyi üçün öz doğma övladlarına baxmır və oğlu üçün nəzərdə tutulmuş cəmi 100 manat pulu ödəyərək, valideynlik vəzifələrini yerinə yetirdiyini düşünür. Halbuki, övladları böyüdükcə onların xərci daha da çoxalır və o, tək valideyn kimi bunların hamısının öhdəsindən gələ bilmir. Ona görə də o, məhkəmə ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsi, onun aylıq əmək haqqına yönəldilməsi və 1 uşaq üçün əmək haqqının ¼ (dörddə biri) hissəsinin onun xeyrinə tutulması qərarına gəlmişdir. Belə ki, o, evdar xanım olduğu üçün işləmir və uşaqların maddi təminatını ödəməkdə çətinlik çəkir. Bir il bundan əvvəl onun adına kart açılmış və cavabdeh tərəfindən davamlı olaraq həmin karta əlavə olaraq da ödəniş edilirdi. Hazırki müddətə qədər cavabdeh tərəfindən ona artıq ödənilmiş pul vəsaiti istənilmədiyi halda hazırda, pulu ondan tələb etməsi əsassızdır. Ona görə də göstərilənlərə əsasən ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X11 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilkin iddia ərizəsində əsassız olaraq Cavabdeh yetkinlik yaşına çatmayan uşağına görə yalnız 100 manat sabit pul məbləğində aliment aldığını və bununla da cavabdehin valideynlik vəzifələrini yerinə yetirdiyini zənn etdiyini qeyd etmişdir. Aşağıda göstərilənlərə görə ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-298/2019 saylı, 21.02.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 12.08.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 457 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 29.01.2002-ci il tarixdə anadan olmuş X5 və 29.08.2010-cu il tarixdə anadan olmuş X6 anası İddiaçı himayəsində saxlanılması və yetkinlik yaşlarına çatana qədər onların saxlanılması məqsədi ilə Cavabdeh 22.11.2018-ci tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Eyni zamanda, X5 29.01.2020-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Həmin müddətə kimi Səkinə Qocayevayanın saxlanılması üçün nəzərdə tutulan sabit pul məbləğində 100 manat aliment, X6 isə saxlanılması üçün nəzərdə tutulan sabit pul məbləğində 100 manat deyil, 200-300 manat aliment İddiaçı gecikdirilmədən ödənilmişdir. Belə ki, 29.01.2021-ci il tarixdən 29.12.2021-ci il tarixə kimi 24 ay ərzində cəmi 2400 manat məbləğində aliment ödənilməli olduğu halda, 5665 manat aliment İddiaçı adına olan **********855564 və **********793887 seriyalı ABB kartına ödənilmişdir. Bununla yanaşı, cavabdehlə "xxxx" ASC arasında bağlanmış 27.12.2017-ci il tarixli 129.LN.1501.271217.00001 saylı kredit müqaviləsinə əsasən 22 illik öhdəliklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyünə əsasən ayda 677 manat, "xxxx" ASC tərəfindən ipoteka götürən şəxslər üçün həyat sığortasına görə (Şəhadətnamə M-Lİ P003585/18) hər ay 63,8 manat və "xxxx" ASC tərəfindən (Şəhadətnamə PM **********) ipotekaya qoyulmuş fərdi yaşayış evinin əmlak sığortasına görə hər ay 14 manat olmaqla cəmi 754 manat ipoteka krediti ödənilmişdir. 2017-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayına kimi birgə nikah dövründə cavabdeh tərəfindən ipoteka kreditinə görə 19604 manat vəsait ödənilmiş, 2019-cu ilin fevral ayından 2022-ci ilin yanvar ayına kimi 35 ay müddətində cavabdeh tərəfindən ipoteka kreditinə görə 26390 manat vəsait ödənilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamır, lakin ipoteka krediti üzrə borcu hər ay vaxtlı-vaxtında ödəyir. Həmin evdə İddiaçı və uşaqları yaşayır. Cavabdeh oğlu İsmayıl Qocayevin saxlanılması üçün İddiaçı hər ay bank vasitəsi ilə 200-300 manat alimenti ödəməklə yanaşı, oğlunun digər maddi və mənəvi arzularını da yerinə yetirir. Belə ki, cavabdeh iddiaçının adına açılmış kart hesabına əlavə olaraq ödədiyi 200-300 manat pul vəsaitini əlavə olaraq deyil, aliment olaraq ödəyirdi. Cavabdeh dənizdə işləyir, işi riskli olduğundan aliment miqdarını artıq ödəyir ki, aliment borcu qalmasın. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi üçün cavabdeh artıq ödədiyi aliment məbləğini geri tələb edir, qalan pul vəsaitlərinin isə bank hesabında depozit kimi yığılmasını, aliment miqdarının isə dəyişdirilmədən 100 manat olaraq qalmasını istəyir. Ona görə də göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Asan-Gəncə tərəfindən verilmiş 21.07.2016-cı il tarixli AZE № 12841201 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 29.08.2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası Kəmalə Manafovadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 29.01.2002-ci il təvəllüdlü X13 Azərbaycan Respublikasının vətəndaşıdır. -Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.08.2019-cu il tarixli AZ-İ № 321063 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 94 nömrəsi ilə qeyd edilmişdir. -Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə Qocayeva (Manafova) Kəmalə Fəxrəddin qızının arasında 12.08.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanaraq 457 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 29.01.2002-ci il tarixdə doğulmuş X5 və 29.08.2010-cu il tarixdə doğulmuş X6 anaları Qocayeva (Manafova) Kəmalə Fəxrəddin qızının himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanması məqsədilə Cavabdeh 22.11.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 100 manat olmaqla cəmi 200 manat alimentin alınaraq Qocayeva (Manafova) Kəmalə Fəxrəddin qızına verilməsi qət edilmişdir. -Azərbaycan Beynəlxalq Bank ASC tərəfindən verilmiş tam kart visa-classic kredit kartından görünür ki, İddiaçı adına 4127 2093 0985 5564 və 4127 2093 0279 3887 seriya nömrəli hesab nömrələri açılmışdır. -Kreditor-ipoteka saxlayan AGbank ASC, alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X2 arasında bağlanmış 28.12.2017-ci il tarixli 129.CL.271217.00001/a saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88.91 kv.m olan fərdi yaşayış evini alıcı-ipoteka qoyana 120000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.01.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88.91 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 23 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********65-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli arayışdan görünür ki, Qocayev X8 rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsi 68D ünvanında qeydiyyatdadır. -Gəncə-Kəpəz RPİ tərəfindən verilmiş 18.12.2012-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri G.Şıxlinski küçəsi 32 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 12.08.2012-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən 29.01.2002-ci il təvəllüdlü X10 (hazırda, X13) və 29.08.2010-cu il təvəllüdlü X12 anadan olmuşdur. Tərəflərin ailə nikah münasibətləri pisləşdiyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)- 298/2019 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahlarından olan uşaqların anasının yanında saxlanılmaqla uşaqların hər biri üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda, İddiaçı yetkinlik yaşına çatmayan 29.08.2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilkin iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, həmçinin, cavabdehin stabil əmək haqqı almasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 100 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan yetkinlik yaşına çatmayanın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşağın mənafeyini, nəzərə alaraq ilk iddia ərizəsinin təmin edilərək, 29.08.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı iddia tələbində ilk iddia ərizəsi üzrə iddiaçının iddia tələbinin təmin edilməməklə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı olaraq 100 manat sabit pul məbləğində alimentin uşağın 18 yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməsi, 29.01.2021-ci il tarixdən 29.12.2021-ci il tarixədək İddiaçı artıq ödənilmiş 3265 manat pul vəsaitinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının hazırkı gün üçün yaşayış minimumundan az olmasını, uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, həmçinin, cavabdehin stabil əmək haqqı almasını nəzərə alaraq, 100 manat aliment məbləğinin yetkinlik yaşına çatmayanın ehtiyaclarının təmin edilməsi nöqteyi nəzərindən yetərli olmadığı qənaətinə gələrək alimentin miqdarının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması qənaətinə gəlmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli № 8-2/2016 saylı Qərarının 8.2. bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin: 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3. maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə aliment miqdarını müəyyən edərkən həmin məbləğin 50 faizdən çox olmayan hissəsinin valideynin tələbi ilə uşağın adına bankda açılmış bank hesabına köçürülməsi barədə qərar qəbul edə bilər. Lakin, hazırki mülki iş üzrə ilkin iddiaçının iddia tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, alimentin məbləği cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edildiyindən, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı isə iddia tələbində alimentin miqdarının 100 manat sabit pul məbləği şəklində saxlanılmaqla uşağın yetkinlik yaşına çatanadək tam şəkildə bank hesabına köçürülməsini xahiş etdiyindən, qarşılıqlı iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının cavabdehin hesabına uşağın saxlanılması üçün artıq ödənilmiş 3265 manat alimentin məbləğinin geri qaytarılması ilə bağlı qeyd edir ki, həmin tələb üzrə iddiaçı uşağın saxlanılması üçün artıq ödənilmiş pul vəsaitlərini könüllü şəkildə ödədiyini, ilkin iddia ərizəsi üzrə iddiaçı məhkəməyə müraciət edənə qədər həmin pul tələbi ilə bağlı məhkəməyə müraciət etmədiyindən, tərəflərin nikahının pozulmasından asılı olmayaraq uşaqların saxlanılması, onların maddi ehtiyaclarının təmin edilməsi bir valideyn kimi cavabdehin də öhdəliyi olduğundan qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə eyni zamanda, qeyd edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfin artıq ödənilmiş aliment məbləğini könüllü şəkildə ödədiyini, ilkin iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən cavabdehin də artıq ödənilmiş aliment məbləğini bilərəkdən geri tələb etməsini etiraf etməsi məhkəmə araşdırması zamanı müəyyən olunduğundan, həmçinin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının kredit borcunun olması, ipoteka krediti ödəməsi onun azyaşlı uşağı qarşısında valideynlik öhdəliklərinin icra edilməsindən azad etməyə əsas olmadığından və artıq ödənilmiş aliment məbləği azyaşlının təhsil, inkişaf, maddi və digər tələbatlarının ödənilməsinə sərf olunduğundan qarşılıqlı iddia ərizəsi də bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilmədiyindən iş üzrə ödənilmiş 63 manat dövlət rüsumunun məbləği həmin tələb üzrə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(043)-298/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 29.08.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. İddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin bank hesabına köçürülməsi və pulun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov