Məhkəmə qərarları › İş №2(012)-6362/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6362/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6362/2021 06.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə 06 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli 128883-CNS-6942/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 30.09.2021-ci il tarixinə Banka borclu olduğu 5831.52 manat məbləğində əsas borc, 4 manat məbləğində faiz borcu, ümumilikdə isə 5835.52 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 78.36 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 27.06.2019-cu il tarixli 128883- CNS-6942/1 saylı “Nağd pul krediti” müqaviləsi bağlanmış və illik 1 faiz hesablanması şərtilə 60 ay müddətinə 7435.09 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5831.52 manat əsas, 4 manat faiz, cəmi 5835.52 manat borcu qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonradan İddiaçı ASC tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli 128883-CNS- 6942/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 03.12.2021-ci il tarixinə Banka borclu olduğu 5631.52 manat məbləğində əsas borc, 4 manat məbləğində faiz borcu, ümumilikdə isə 5635.52 manat pul məbləğini məhkəməyə müraciət etmək üçün ödənilmiş 78.36 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı azaldılmış həcmdə müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, maddi imkanı yaxşı olmadığından kredit borcunu ödəyə bilmədiyini, lakin borcun ödənilməsindən boyun qaçırmadığını, vaxt verilərsə borcu hissə-hissə ödəyə biləcəyini qeyd edərək nəzərə alınmasının xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarından olan 27.06.2019-cu il tarixli 128883-CNS-6942/1 saylı “nağd pul krediti” müqaviləsindən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar restrukturizasiya olunaraq illik 1 faiz hesablanması şərtilə 60 ay müddətinə 7435.09 manat məbləğində kredit borcunun qaytarılmasını Cavabdeh İddiaçı ASC qarşısında öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan 30.09.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə 27.06.2019-cu il tarixli 128883-CNS-6942/1 saylı müqaviləyə əsasən 30.09.2021-ci il tarixinə olan borcu 5831.52 manat əsas, 4 manat faiz, cəmi 5835.52 manat təşkil edir. Mülki işin materiallarına əlavə olunan 03.12.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə 27.06.2019-cu il tarixli 128883-CNS-6942/1 saylı müqaviləyə əsasən 03.12.2021-ci il tarixinə olan borcu 5631.52 manat əsas, 4 manat faiz, cəmi 5635.52 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 27.06.2019-cu il tarixli 128883-CNS-6942/1 saylı müqaviləyə əsasən 5631.52 manat əsas və 4 manat faiz olmaqla, cəmi 5635.52 manat məbləğində vəsaiti pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78.76 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 27.06.2019-cu il tarixli 128883-CNS-6942/1 saylı müqaviləyə əsasən 5631.52 manat əsas və 4 manat faiz olmaqla, cəmi 5635.52 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78.76 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar