Məhkəmə qərarları › İş №2(012)-6381/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6381/2025

12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6381/2025 12.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, Cavabdeh Əmı̇ rov Pənah Allahşükür oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şafi Xı̇ dmətı̇ nin 11 saylı Regı̇ onal X1nı̇ n cavabdeh Əmı̇ rov Pənah Allahşükür oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şafi Xı̇ dmətı̇ nin 11 saylı Regı̇ onal X1 cavabdeh Əmı̇ rov Pənah Allahşükür oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə iddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şafi Xı̇ dmətı̇ nin 11 saylı Regı̇ onal X1 xx.xx.2026-cı il tarixə, saat 16:00-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh Əmı̇ rov Pənah Allahşükür oğlu işin mahiyyəti üzrə həllini tələb etmədiyini və iddia tələbinin baxılmamış saxlanmasına etirazının olmamasını bildirdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şafi Xı̇ dmətı̇ nin 11 saylı Regı̇ onal X1nı̇ n cavabdeh Əmı̇ rov Pənah Allahşükür oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şafi Xı̇ dmətı̇ nin 11 saylı Regı̇ onal X1nı̇ n cavabdeh Əmı̇ rov Pənah Allahşükür oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: F.Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar