Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6411/2021 13.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 13 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 15 yanvar 2006-cı il təvəllüdlü X4, 19 may 2011-ci il təvəllüdlü X3, 11 yanvar 2014-cü il təvəllüdlü X5, 05 yanvar 2018-ci il təvəllüdlü X2 üçün hər birinə 175 manat olmaqla cəmi 700 manat və təhsil və müalicə xərcləri ilə əlaqədar isə 100 manat əlavənin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-892/2015 saylı qətnaməsi ilə təyin olunmuş hər ay hər uşaq üçün 60 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 15.01.2006-cı il təvəllüdlü X10, 05.01.2008-ci il təvəllüdlü X13, 19.05.2011-ci il təvəllüdlü X7 və 11.01.2014-cü il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 700 (yeddi yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə birgə nikahlarından 15 yanvar 2006-cı il təvəllüdlü X10, 05 yanvar 2008-ci il təvəllüdlü X13, 19 may 2011-ci il təvəllüdlü X7 və 11 yanvar 2014-cü il təvəllüdlü X11 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3349/2016 saylı, 20 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün, hər ay 60 manat, cəmi 240 manat aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqlarla ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə cavabdeh bir dəfə də olsa vaxtında ödəməmişdir. Uşaqların bütün qayğılarını ehtiyaclarını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Həmçinin, 11 yanvar 2014-cü il təvəllüdlü X11 3 yaşına çatana kimi əlavə xərcləri üçün 100 manat pul məbləğinin tutulması qət edilmişdir. Artıq 4 ildir ki, övladı 3 yaşını tamamladığı üçün həmin əlavə xərcləri üçün nəzərdə tutulan aliment dayandırılmışdır. Buna görə də, alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul etdi və bildirdi ki, hazırda işləyir, 7 saat iş rejimi var, ikinci dəfə ailə qurmuş bu nikahdan bir övladı da dünyaya gəlmişdir, 100 manat müalicə xərci ilə birlikdə cəmi 400 manat aliment ödəməyə etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X8 sonra prosesin davam etdirilə bilməməsi barədə 16.09.2021-ci il tarixli arayışdan görünür ki, X18 və X14 ilkin mediasiya sessiayasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci 100%-0 qaydada ödədilər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariat qayda təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 15.01.2006-cı il təvəllüdlü X10, 05.01.2008-ci il təvəllüdlü X13, 19.05.2011-ci il təvəllüdlü X7 və 11.01.2014-cü il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-3349/2016 saylı, 20.09.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Zülfİddiaçı arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının X12 nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 № ilə qeydə alınmış nikah pozulmuş, 15.01.2006-cı il təvəllüdlü X4, 05.01.2008-ci il təvəllüdlü X6, 19.05.2011-ci il təvəllüdlü X3 və 11.01.2014-cü il təvəllüdlü X5 təhsil və müalicə xərcləri ilə əlaqədar Cavabdeh hər ay bu məqsədlə 100 (bir yüz) manat sabit pul məbləği tutularaq, iddiaçı Zülfİddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4365/2014 saylı, 03.12.2014-cü il tarixli qətnaməsinə qismən, uşaqların saxlanması üçün aliment tələbinə aid hissədə dəyişiklik edilməsi, Cavabdeh 10 sentyabr 2014-cü ildən başlayaraq hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutulub 15.01.2006-cı il təvəllüdlü X4, 05.01.2008-ci il təvəllüdlü X6, 19.05.2011-ci il təvəllüdlü X3 və 11.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.09.2018-ci il tarixli, 2(102)-6037/2018 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan "xxxx" MMC tərəfindən 02.11.2021-ci il tarixdə verilmiş 27 №-li arayışdan görünür ki, Cavabdeh 01.03.2013-cü il tarixdən "xxxx" MMC-də sürücü peşəsində işləyir. Aylıq əmək haqqı 506 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3349/2016 saylı, 20.09.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə Zülfİddiaçı arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının X12 nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 № ilə qeydə alınmış nikah pozulmuş, 15.01.2006-cı il təvəllüdlü X4, 05.01.2008-ci il təvəllüdlü X6, 19.05.2011-ci il təvəllüdlü X3 və 11.01.2014cü il təvəllüdlü X5 təhsil və müalicə xərcləri ilə əlaqədar Cavabdeh hər ay bu məqsədlə 100 (bir yüz) manat sabit pul məbləği tutularaq, iddiaçı Zülfİddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 2(012)-4365/2014 saylı, 03.12.2014-cü il tarixli qətnaməsinə qismən, uşaqların saxlanması üçün aliment tələbinə aid hissədə dəyişiklik edilməsi, Cavabdeh 10 sentyabr 2014-cü ildən başlayaraq hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutulub 15.01.2006-cı il təvəllüdlü X4, 05.01.2008-ci il təvəllüdlü X6, 19.05.2011-ci il təvəllüdlü X3 və 11.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır.Cavabdeh ikinci dəfə ailə qurub, bu nikahdan bir uşağı da var. Həmçinin cavabdehin aylıq qazancı 506 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutulması haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə 15.01.2006cı il təvəllüdlü X4, 05.01.2008-ci il təvəllüdlü X6, 19.05.2011-ci il təvəllüdlü X3 və 11.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 10 sentyabr 2014-cü ildən başlayaraq hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə 15.01.2006-cı il təvəllüdlü X4, 05.01.2008-ci il təvəllüdlü X6, 19.05.2011-ci il təvəllüdlü X3 və 11.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 10 sentyabr 2014-cü ildən başlayaraq hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment artırılsın. 15.01.2006-cı il təvəllüdlü X4, 05.01.2008-ci il təvəllüdlü X6, 19.05.2011-ci il təvəllüdlü X3 və 11.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6411/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6411/2021
13.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver