Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6420/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 29.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 584 (beş yüz səksən dörd) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefon üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə; 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Verona Alyans-1 qapılı vitrin, Tv-altı üçün 926 (doqquz yüz iyirni altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə, ümumilikdə 2144 (iki min yüz qırx dörd) manat borc, 41.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 29.10.2019-cu il, 12.01.2020-ci il və 01.02.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Paltaryuyan, İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefon və Verona Alyans-1 qapılı vitrin, Tv-altı almış və nəticədə 2144 (iki min yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1185 (min yüz səksən beş) manat (yəni 12 ay x 73 manat + 309 manat ilkin ödəniş) olan, Samsung Paltaryuyan üçün ümumilikdə 642 (altı yüz qırx iki) manat olmaqla, ondan 584 (beş yüz səksən dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə borcu; 12.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 (altı yüz) manat (yəni 12 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 484 (dörd yüz səksən dörd) manat olmaqla ondan 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44 (qırx dörd) manat cərimə borcu və 01.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1096 (min doxsan altı) manat (yəni 20 ay x 54.8 manat + 0 manat ilkin ödəniş) olan, Verona Alyans-1 qapılı vitrin, Tv-altı üçün ümumilikdə 1018 (min on səkkiz) manat borc olmaqla, ondan 926 (doqquz yüz iyirni altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 92 (doxsan iki) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 931 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 19 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, X3 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 29.10.2019-cu il tarixli, 01014554 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 12 aya 73 manat aylıq icarə haqqı ödəmək şərti ilə Samsung Paltaryuyan almışdır. -29.10.2019-cu il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Əsədova X1 Paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 12.01.2020-ci il tarixli, 20032340 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 12 aya 50 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefon almışdır. -12.01.2020-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 01.02.2020-ci il tarixli, 20074294 saylı saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 20 aya 54.8 manat aylıq icarə haqqı ödəmək şərti ilə Verona Alyans-1 qapılı vitrin, Tv-altı almışdır. -01.02.2020-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh Verona Alyans-1 qapılı vitrin, Tv-altını tam qüsursuz halda təhvil almışdır. -Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun aldığı 29.10.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 601 manat ödəniş etmiş, nəticədə onun aldığı alqı-satqı qiyməti 1185 (min yüz səksən beş) manat olan Samsung Paltaryuyan üçün cəmi 642 (altı yüz qırx iki) manat borc olmaqla, ondan 584 (beş yüz səksən dörd) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə borcu; 12.01.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 160 manat ödəniş etmiş, nəticədə onun aldığı 600 (altı yüz) manat olan İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefon üçün cəmi 484 (dörd yüz səksən dörd) manat borc olmaqla, ondan 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borcu və 01.02.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 170 manat ödəniş etmiş, nəticədə onun aldığı alqı-satqı qiyməti 1096 (min doxsan altı) manat olan Verona Alyans-1 qapılı vitrin, Tv-altı üçün cəmi 1018 (min on səkkiz) manat borc olmaqla, ondan 926 (doqquz yüz iyirni altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə borcu olmaqla, ümumilikdə 2144 (iki min yüz qırx dörd) manat borc təşkil etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 14.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh qısa bir zamanda öhdəliyini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə edilmiş rüsumun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 41.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 584 (beş yüz səksən dörd) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefon üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə və 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Verona Alyans-1 qapılı vitrin, Tv-altı üçün 926 (doqquz yüz iyirni altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə, ümumilikdə 2144 (iki min yüz qırx dörd) manat borc məbləği, 41.44 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Paltaryuyan üçün 584 (beş yüz səksən dörd) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********81140 Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********49143 Samsung Galaxy A10 markalı telefon üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən, Verona Alyans-1 qapılı vitrin, Tv-altı üçün 926 (doqquz yüz iyirni altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə, ümumilikdə 2144 (iki min yüz qırx dörd) manat borc məbləği və 41.44 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6420/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6420/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver