Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6494/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Cavabdeh3nə qarşı «şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Cavabdeh3nə qarşı «şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin iddiaçılar tələbində ailəyə dəymiş mənəvi zərərə görə Cavabdeh1 onların xeyrinə 4000 manat İddiaçı2, 3000 manat İddiaçı1, 3000 manat İddiaçı3 ödənilməklə, ümumilikdə, 10000 manat miqdarında pul ödənilməsini xahiş etmələrinə baxmayaraq iddia ərizəsində qeyd etdikləri halların baş verməsində Qobu Ailə Sağlamlıq Mərkəzinin həkimi olan Cavabdeh1 və Cavabdeh3 publik hüquqi şəxs ilə yanaşı Abşeron Rayon Mərkəzi Xəstəxanasının cavabdehlik daşımasına dəlalət edən halları göstərməmiş, iddia ərizəsinə iddia tələbini təsdiq edəcək hər hansı mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsində qeyd edilmişdir ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Lakin hazırki iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı2 və Mirzəyeva X1 Könül Səfayıl qızı, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Cavabdeh3 cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh1 iddia ərizəsində qeyd edildiyi kimi Gədəbəy rayonu, Fərzalı kəndində qeydiyyatdadır. Həmçinin iddiaçılar Cavabdeh1 Qobu Ailə Sağlamlıq Mərkəzində işlədiyini və Qobu Ailə Sağlamlıq Mərkəzinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan tibb müəssisəsi olduğunu əsas gətirərək Abşeron Rayon Mərkəzi Xəstəxanasını cavabdeh kimi göstərsə də Cavabdeh3n tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli, 163 nömrəli qərarının 8.1-ci bəndinə əsasən Abşeron Rayon Mərkəzi Xəstəxanası Abşeron rayonu üzrə Cavabdeh3n tabeliyində fəaliyyət göstərən tibb müəssisəsidir. İddia ərizəsində də qeyd edildiyi kimi Cavabdeh3 hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov 206 A-dır. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçılar hazırki iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməlidirlər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa, həmçinin ərazi aidiyyət qaydalarına riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü, 152.1.1-ci və 152.1.3-cü maddələrinə istinad edərək hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Cavabdeh3nə qarşı «şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli, ********** nömrəli və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün İddiaçı1 xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 50 manat, İddiaçı2 xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 60 manat və İddiaçı3 xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 50 manat olmaqla, cəmi 160 manat məbləğində dövlət rüsumunu “E-pul” onlayn ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə Dövlət Büdcəsinə ödəmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Cavabdeh3nə qarşı «şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Cavabdeh3nə qarşı «şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı 2(012)-6494/2024 saylı mülki iş üzrə “E-pul” onlayn ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı1, xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu İddiaçı2 və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı3 qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6494/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6494/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver