Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6519/2025 24.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində ata adının “Abısalam” əvəzinə “Absalam” kimi qeyd olunduğunu bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2024-cü ilin təxminən fevral-mart aylarında o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “MM RUN” avtoservisdə Cavabdeh adlı avtomobil rəngsazı olan ustaya özünə məxsus “Mercedes” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilini rəngləmək üçün müraciət etmişdir. Avtomobilin 900 manat pul qarşılığında rənglənməsi ilə bağlı aralarında razılığa gəlmişdirlər. İlkin olaraq cavabdehə 400 manat, daha sonra isə 500 manat məbləğində pul vermişdir. O, cavabdeh ilə aralarında razılaşdırılmış pul məbləğini tam şəkildə cavabdehə ödəsə də cavabdeh onun avtomobilini rəngləməmiş, işi yarımçıq qoyaraq işlədiyi avtoservisdən çıxıb getmişdir. O, dəfələrlə cavabdeh ilə telefon əlaqəsi saxlayaraq işini tamamlayıb və avtomobilini ona təhvil verməyi xahiş etsə də cavabdeh bu istiqamətdə heç bir addım atmamışdır. Bundan sonra o, ərazi üzrə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə cavabdehin onu aldatması ilə bağlı ərizə ilə müraciət etmişdir. Binəqədi Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X1 xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bu işin mülki xarakterli olması əsas gətirilərək ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, sonunda cavabdeh tərəfindən aldandığını başa düşmüş, bu səbəbdən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh təkcə onun deyil, onunla birlikdə 10 nəfərin də maşınına ziyan vurmuşdur. Belə ki, cavabdeh maşını küçəyə atıb çıxıb getmişdir. Baxmayaraq ki cavabdeh avtomobilin bəzi yerlərini düzəldib, lakin işi görmədən ondan pul aldıqdan sonra tərk edib getmişdir. Qeyd edir ki, o, iddia tələbində cavabdehdən 900 manat pul tələb etdiyini qeyd etsə də hazırda cavabdehin səhhətini nəzərə alaraq cavabdehdən cəmi 600 manat pul tələb edir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, o, İddiaçı avtomobilin rənglənməsi üçün 900 manat deyil, 600 manat almış, lakin sağlamlığında yaranan problem ilə əlaqədar maşını rəngləməmişdir. Beləliklə, o, İddiaçı 600 manat məbləğində borcu olmasını qəbul etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı 4-cü PŞ-nə ərizə ilə 2024-cü ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “MM RUN” avtoservisdə Cəbrayıl adlı ustaya “Mercedes" markalı, **- NX-*** döv.q.n-lı avtomobilini rəngsaz işini görməsi üçün verdiyini, üzərində 900 manat pul verdiyini, lakin Cəbrayıl adlı şəxsin etibarından sui-istifadə edərək ona məxsus pul vəsattini ələ keçirdiyi barədə müraciəti 4-cü PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”nda 1779 sayda raportla qeydiyyata alınmış, qarşı tərəfin izahatının alınaraq hadisəyə münasibətini müəyyən etmək olmamış, aparılmış təhqiqat araşdırması zamanı toplanmış materialda cinayət tərkibi olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus “Mercedes” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili rəngləmək barədə şifahi razılaşma əldə edilmiş, həmin razılaşmaya əsasən Cavabdeh sözügedən avtomobili rəngləməyi, İddiaçı isə bunun müqabilində Cavabdeh 900 manat pul ödəməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehə xidmətin dəyəri olaraq 900 manat pulun tam ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən şifahi razılaşmada nəzərdə tutulmuş xidmət tam göstərilməmiş və bununla da iddiaçının hesabına əsassız varlanmışdır. İş materialları, iddiaçının və cavabdehin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdeh ilə aralarında olan razılaşma mahiyyətinə görə həmin müqavilənin avtomobilin rənglənməsi ilə bağlı xidmət göstərilməsi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Bundan əlavə məhkəmə iclasında cavabdeh iddia tələbinin əsassız olmasına əsas verən halları qeyd etməmiş və bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini bildirmiş və İddiaçı 600 manat məbləğində borcu olması faktını etiraf etmiş, iddiaçı da öz növbəsində iddia tələbinin qismən, yəni cavabdehin etiraf etdiyi — 600 manat məbləğində hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə işin qeyd olunmuş faktiki hallarına və istinad olunacaq maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 600 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6519/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6519/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver