Məhkəmə qərarları › İş №2(012)-656/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-656/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-656/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı X1 və onun nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı X1 cavabdeh «Renzo Luxury» Riyad Ticarət X6rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 aprel 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Renzo Luxury» Riyad Ticarət X2 2100 manat pulun, 300 manat dəymiş ziyanın, 5000 manat müqavilində təzminat kimi tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair əizə ünvanlayaraq, cavabdeh «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazasından 2100 manat pulun, 300 manat dəymiş ziyanın alınaraq iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 məhkəmədə izahatında bildirdi ki, o, Şuşa şəhərindən məcburi köçkündür. Ailəmsiylə birlikdə qaçqın yataqxanasında yaşamışlar. 2019-cu ildə X9 ilə ailə qurmuşdur. O, imkansızlıqdan cehiz apara bilməmişdir. Yoldaşının evində də hər şey qaydasında deyildi. O, anasıyla qərara gəldi ki, evə cehiz kimi divan-kreslo alsınlar. Bu məqsədlə Riyad Ticarət mərkəzinə gedib mebellərə baxdılar. Bəyəndikləri dəsti seçib, 2100 manata razılaşdılar. “Renzo Luxury” satış mərkəzinin “ Belleza” mağazasına 200 manat beh verdilər. Qaynatası Maraqlı şəxs və yoldaşıyla birlikdə evə gəlib gözlədilər. Mebeli gecə gətirdilər, quraşdırıb pulun qalığını 1900 manatı da evdə ödədilər. Axşam çox gec olduğu üçün evi təmizləyib yığışdılar. Səhər divana oturanda məlum oldu ki, mebel sınıq-salxaq taxta parçalarından ibarətdir, sadəcə üstünə parça çəkilmişdir. Onların cavabdehin göstərdiyi nömrələrə zəng vurdular. Cavabdeh mağaza gəlib mebeli düzəldəcəklərini bildirmişdir. Həqiqətən də cavabdeh mağazanın işçiləri evə gəlib, mebeli quraşdırıb getdilər. O, ailəsiylə birlikdə səhər tezdən novruz bayramını qeyd etmək üçün rayona getdi. Sonra isə pandemiya dövrü başladı və onlar martın sonunda evə gəlib çıxdılar. Məlum oldu ki, cavabdeh mağazanın işçiləri yenə də keyfiyyətsiz bir iş görmüşlər. Onlar cavabdeh mağazaya zəng vurdular. Cavabdeh mağaza evə gələrək mebelləri apardılar. O zamandan bəri cavabdeh onların ödədiyi pulu qaytarmır. Verdikləri 2100 manatdan başqa, yük maşınlarına, fəhlələrə, dəfələrlə apar-gətir, quraşdır işlərinə 300 manat xərcləri çixmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X1 nümayəndəsi X8 məhkəmədə iddiaçının izahatına uyğun izahat verərək iddia tələbini müdafiə etdi. İddiaçının nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək hazırki mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmədə izahatında bildirdi ki, iddiaçı X7 onun gəlinidir. Onlar cavabdeh «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazasından 2100 manat pul ödəməklə divan, kreslo və 2 tumbadan ibarət mebel dəsti almışlar. Bunu təsdiq edən ödəniş qəbzləri iş materialarında vardır. Lakin evə gəlib divanda oturarkən divanın sınıq və keyfiyyətsiz vəziyyətdə olduğu məlum olmuşdur. Hazırda mebellər cavabdehdədir. Lakin cavabdeh onlara ödədiyi pulları və çəkdikləri xərclərin əvəzini qaytarmır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh «Renzo Luxury» Riyad Ticarət X3 müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazası tərəfindən verilmiş 002062 №-li sənəddən görünür ki, sifarişçi Maraqlı şəxs 04.03.2020-ci il tarixində «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazasından mebel götürərək, 200 manat beh ödəməklə, qalan 1900 manati evdə ödəməyi, «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazası isə həmin mebelləri 04.03.2020-ci il tarixində malı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi sifarişçi Maraqlı şəxs 04.03.2020-ci il tarixində «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazasından mebel götürərək, 200 manat beh ödəməklə, qalan 1900 manati evdə ödəməyi, «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazası isə həmin mebelləri 04.03.2020-ci il tarixində malı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı və maraqlı şəxs tərəfindən əşyanın dəyəri ödənilsə də, cavabdeh mağaza tərəfindən lazimi keyfiyyətdə olmayan əşya verilmişdir. Daha sonra cavabdeh əşyaları geri götürmüşdür. Belə olan halda AR MM-nin 587.1.3-cü və 587.2.1-ci maddələrinə əsasən cavabdeh alıcıya ödənilən pul məbləğini və çəkilən xərclərin əvəzini qaytarmalıdır. Bu baxımdan, iddiaçının ödədiyi 2100 manat pulun və 300 manat məbləğində çəkdiyi xərcin cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmə işin hallarına uyğun olmaqla əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 582.1-ci maddəsinə görə satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1.3-cü maddəsinə görə alıcı əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinə görə alıcının ixtiyarı var ki, əşyanın keyfiyyəti əhəmiyyətli dərəcədə pozulduqda, dəfələrlə aşkar edilən, düzəldikdən sonra yenidən üzə çıxan qüsurlar olduqda, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 639.1-ci maddəsinə görə lazımı keyfiyyətli olmayan malların göndərildiyi alıcı mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsinə nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh «Renzo Luxury» Riyad Ticarət Mərkəzi Bella Mağazasından 2100 manat pul vəsaiti və 300 manat təmir xərcləri olmaqla, cəmi 2400 manat pul vəsaiti tutularaq iddiaçı X5 ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar