Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-657/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) evdən çıxarılma və evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) evdən çıxarılma və evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X5 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27 ünvanında yerləşən 18A saylı evin 52 saylı otağından məcburi qaydada çıxarılmaları, həmin otağın ona təhvil verilməsi, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanına olan yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27 ünvanında yerləşən 18A saylı evin, 52 saylı otağını 1991-ci ildə almış və həmin vaxtdan otaq onun mülkiyyətində olmuşdur. Otağı aldıqdan sonra, xx.xx.1991-ci ildə həmin ünvana qeydiyyata düşərək orada yaşamış və xx.xx.2017-ci ilədək həmin ünvanda qeydiyyatda olmuşdur. Otağı aldığı vaxtlarda onu özünə məxsus əşyaları gətirərək həmin otağa yığmışdır. Həmin müddətdə o, Sumqayıt şəhərində işləyirdi. Mübahisəli otaq 1992-ci ilə qədər onun sahiblik və istifadəsində olmuş, lakin həmin vaxtdan sonra isə otaq cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş və onun özünə məxsus həmin otağa dair bütün hüquqları məhdudlaşdırılmışdır. Belə ki, 1992-ci ilin əvvəllərində o doğulduğu Salyan rayonuna gedərək bir müddət orada yaşamış, bir müddət sonra Abşeron rayonuna gələn zaman otağın cavabdehlər tərəfindən zəbt olunduğunu aşkar etmişdir. O, cavabdehlərdən otaqdan çıxmalarını tələb etsə də, onlar məcburi köçkün olduqlarını və otaqdan çıxmayacaqlarını bildirərək otaqdan çıxmaqdan imtina etmişlər. Həmin vaxtdan cavabdehlər həmin otaqda yaşamırlar. Əvvəllər on məxsus həmin otaqda cavabdehlər, onların anası, digər qardaşı və bacısı yaşayırdı. Sonradan digər şəxslər otaqdan çıxsalar da, cavabehlər otaqdan çıxmamışlar. Sonradan cavabdehlərdən Cavabdeh həmin ünvana qeydiyyata düşmüş və hazırda da orada qeydiyyatdadır. Sonralar cavabdehlər dövlət tərəfindən müxtəlif yerlərdə mənzillə təmin olunsalar da, yenə də ona məxsus otaqdan çıxmaqdan və otağı ona təhvil verməkdən imtina etmişlər. Həmçinin cavabdehlər özləri də ayrıca ev almışlar və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. Ona məxsus otağın isə qapısını bağlamışlar. Eşitdiyinə görə cavabdehlər otağı onun xəbəri və icazəsi olmadan kirayəyə də vermişlər. Onun başqa yerdə evi yoxdur və cavabdehlərin ona məxsus otağı zəbt etdiklərinə görə 1992-ci ildən hazırki günə qədər müxtəlif ünvanlarda kirayə ev tutmaqla yaşamağa məcbur olmuş və hazırda da ünvan 2 ünvanında kirayədə yaşayır. Hazırda cavabdehlərin qanunsuz hərəkətləri ucbatından onun özümə məxsus həmin otaqdan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Belə ki, cavabdehlər ona otağa daxil olmağa, oradan istifadə etməyə və orada yaşamağa imkan vermirlər. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh və X15 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27 ünvanında yerləşən 18A saylı evin 52 saylı otağından məcburi qaydada çıxarılmalı və otaq ona təhvil verilməli, Cavabdeh ona məxsus olan ünvan 3 ünvanına olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh X8 cavabdehlər sırasından çıxardığını, ona qarşı heç bir tələbinin olmadığını, cavabdeh kimi yalnız Cavabdeh qalmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş edərək bildirdi ki, Xocalı rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə 1992-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27 ünvanında yerləşən 18A saylı evin 52 saylı otağa köçərək məskunlaşmışlar. 29 ilə yaxındır ki, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. İddiaçını tanımır, bir dəfə də olsun görməmişdir. Məlum hadisələrlə əlaqədar həmim mənzildə məskunlaşmışlar. İşğal olunmuş torpaqlar azad olunanda və onların həmin ərazilərə köçürülməyə şərait yaranan kimi, mənzili tərk edəcəklər. Hazırda isə ailəsi ilə birlikdə yaşamağa başqa yerləri yoxdur. Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən yaşamaları üçün onlara ev verilməyib. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2913 nömrəli məktubdan görünür ki, məcburi köçkün Cavabdeh yaşayış sahəsi ilə təmin edilməmişdir. Xocalı RPŞ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZE № 05589235 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xocalı şəhərində qeydiyyatdadır. Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Laçın rayonundan məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş GH N 003889 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh Dövlət Sərhəd Xidmətində xx.xx.2014cü il tarixdən tibb bacısı (kiçik gizir rübəsi) işləyir. -2 saylı MTİİTS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1152 №-li arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında öz ailəsi ilə birlikdə yaşayır. Ailə tərkibi: əri-X2 1980, qızı- X4 2005, oğlu- X6 2007, oğlu- X9 2018. Qeydiyyat kartından görünür ki, xx.xx.1955-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Bədirov X11 x xxxxx 1991-ci ildə Xırdalan şəhərində qeydiiyata alınmışdıdr. -Abşeron RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE № 07888902 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bədirov X7 rayon, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27, ev 18A ünvanında qeydiyyatdadır. Məhkəmənin elektron sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, hazırda Bədirov X1 rayon, Xırdalan şəhəri, Heydər Əliyev pros. Ünvanında qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanında yerləşən 18A saylı yataqxananın 52 saylı otağı qeydiyyat kartına qeyd edilməklə 1991-ci ildə yaşamaq üçün iddiaçıya verilmişdir. 1992-ci ildə həmin otağı məcburi köçkün olan cavabdeh ailəsi ilə birlikdə tutaraq yaşamağa başlamışdır. Bu səbəbdən də, iddiaçı Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27 ünvanında yerləşən 18A saylı evin 52 saylı otağından məcburi qaydada çıxarılmaları, həmin otağın ona təhvil verilməsi, Cavabdeh ona məxsus olan ünvan 3 ünvanına olan yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1. maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, ilk əvvəl iiddiaçının həmin tələb irəli sürülməsində subyektiv hüququnun olması dəqiqləşdirilməli və ondan sonra iddia tələbinə qiymət verilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, 1991-ci il tarixdə iddiaçıya Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanında yerləşən 18A saylı yataqxananın 52 saylı otağı onun adı qeydiyyat kartına qeyd edilməklə verilmişdir. Göründüyü kimi iddiaçının yataqxanaya mənzil hüquq münasibətləri 1991-ci il tarixdən başlamışdır. Ona görə də həmin hüquq münasibətləri 1982-ci ildə qəbul olunmuş Azərbaycan Respumlikasının Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Azərbaycan Respumlikasının Mənzil Məcəlləsinin (1982) 107-ci maddəsinə əsasən Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Qanunun məzmunundan göründüyü kimi Yataqxanadan mənzil sahəsi yalnız iki halda verilir birinci halda fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə; ikinci halda isə həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən verilmiş order ilə mənzil şəxslərə verilir. İddiaçı tərəfindən isə mübahisəli yataqxana mənzilinin ona verilməsi barədə qanunda göstərilmiş Qərar və həmin qərar əsasında verilmiş orderi məhkəməyə təqdim edilməsi əvəzinə qeydiyyat kartasını məhkəmyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənəd qeydiyyat katıçkası deyildir, həmin qeydiyyat kartası şəxsin hər hansı evə, mənzilə qeydiyyat uçotuna alınmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də Xırdalan şəhəri, məhəllə 27 ünvanında yerləşən 18A saylı yataqxananın 52 saylı otağının iddiaçıya məxsus olması sübut edilmədiyindən, iddiaçı iddia tələbi irəli sürməsi üçün subyektiv hüququa malik deyildir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Kassasiya instansiyasının mövqeyini də nəzərə almaqla məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olmadığından və iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadığından, həmin tələb təmin edilə bilməz Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Eyni zamanda işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh ailəsi ilə birlikdə Xocalı rayonundan məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşmışlar və 28 ildən artıq müddətdir ki, həmin mənzildə yaşayırlar. Həmin fakt tərəflərin izahatından Xırdalan şəhər 2 saylı MTİİTS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1152 №-li arayışdan da öz təsdiqini tapır. Eyni zamanda Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin verdiyi məktubdan görünür ki, məcburi köçkün Cavabdeh yaşayış sahəsi ilə təmin edilməmişdir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında xx xxx 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X14 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İddiaçının mübahisəli Yataqxana mənzilinə sahiblik və istifadə hüququnun olması sübut olunmadığından hazırda məcburi köçkünün həmin mənzildə yaşaması iddiaçının hüquq və maraqlarına toxunmur. Eyni zamanda Yataqxanadakı mənzillər özəlləşdirilməyib. Mübahisəli Yataqxana barədə Xırdalan şəhər 2 saylı MTİİTS tərəfindən arayışın verilməsi həmin yataqxananın Dövlətin balansında olmasını göstərir. Beləliklə Məhkəmə göstərilənləri ümumiləşdirib, qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, iddia ərizəsi tələb hüququ olmayan İddiaçı tərəfindən verilmişdir və odur ki, iddia tələbi bütövlükdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. İddia rədd edildiyindən və iddiaçı tərəfindən iddia tələbində rüsum haqqı tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-657/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-657/2021
17.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver