Məhkəmə qərarları › İş №2(012)-6581/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6581/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6581/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 30.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********77014 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün 453.6 (dörd yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə, 13.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün 794.4 (yeddi yüz doxsan dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat cərimə, ümumilikdə 1372 (min üç yüz yetmiş iki) manat borc, 33.72 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 09.09.2019-cu il və 13.10.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********77014 və İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, 2 ədəd Xiaomi qulaqcıq almış və nəticədə 1372 (min üç yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 777.6 (yeedi yüz yetmiş yeddi manat altmış qəpik) manat (yəni 12 ay x 64.8 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********77014 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün ümumilikdə 498.6 (dörd yüz doxsan səkkiz manat altmış qəpik) manat olmaqla, ondan 453.6 (dörd yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə borcu; 13.10.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 866.4 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat (yəni 12 ay x 72.2 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün ümumilikdə 873.4 (səkkiz yüz yetmiş üç manat qırx qəpik) manat olmaqla ondan 794.4 (yeddi yüz doxsan dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 79 (yetmiş doqquz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 396 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 27 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 30.05.2020-ci il tarixli, 20318037 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 12 aya 64.8 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********77014 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq almışdır. -30.05.2020-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********77014 olan X1 9S markalı telefon, Xiaomi qulaqcığı tam qüsursuz halda təhvil almışdır. -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 13.10.2020-ci il tarixli, 21244922 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 12 aya 72.2 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq almışdır. -13.10.2020-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, Xiaomi qulaqcığı tam qüsursuz halda təhvil almışdır. -Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun aldığı 30.05.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 324 manat ödəniş etmiş, nəticədə onun aldığı alqısatqı qiyməti 777.6 (yeedi yüz yetmiş yeddi manat altmış qəpik) manat olan İMEİ Kodu **********77014 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün cəmi 498.6 (dörd yüz doxsan səkkiz manat altmış qəpik) manat borc olmaqla, ondan 453.6 (dörd yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu; 13.10.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 72 manat ödəniş etmiş, nəticədə onun aldığı 866.4 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat olan İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün cəmi 873.4 (səkkiz yüz yetmiş üç manat qırx qəpik) manat borc olmaqla, ondan 794.4 (yeddi yüz doxsan dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1372 (min üç yüz yetmiş iki) manat borc təşkil etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 30.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh qısa bir zamanda öhdəliyini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə edilmiş rüsumun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 33.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********77014 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün 453.6 (dörd yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə, 13.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün 794.4 (yeddi yüz doxsan dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat cərimə, ümumilikdə 1372 (min üç yüz yetmiş iki) manat borc məbləği, 33.72 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********77014 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün 453.6 (dörd yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə, 13.10.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********62892 olan X1 9S markalı telefon, Xiaomi qulaqcıq üçün 794.4 (yeddi yüz doxsan dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat cərimə, ümumilikdə 1372 (min üç yüz yetmiş iki) manat borc məbləği və 33.72 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar