Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-659/2022 19.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunun məbləği olan 2754 manat, Azərbaycan Respublikasının 24 dekabr 2014-cü il tarixli Konstitusiya Məhkəməsinin qərarına və Azərbaycan Respulikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən əldən çıxmış faydaya görə 343 manat 10 qəpik və 50 manat 97 qəpik ödənilmiş dövlət rüsumunun, ümumi 3148 manatın İddiaçı ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 2754 manat və 50,97 manat olmaqla, cəmi 2804,97 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 2019-cu ilin oktyabr ayında sürücü-ekspeditor vəzifəsində işləmək niyyəti ilə İddiaçı MMC-yə müraciət etmişdir. Cavabdehin müraciəti əsasında həmin aydan etibarən Cavabdeh Cəmiyyətin digər əməkdaşı X3 yanında işə qəbul edilməmişdən əvvəl müəyyən dövr üçün nəzərdə tutulmuş sınaq müddəti ilə əlaqədar təcrübə keçməyə başlamışdır. Sınaq müddəti dövründə cavabdeh satış təmsilçisi vəzifəsində çalışan X5 ilə birlikdə malları müəyyən satış məntəqələrinə paylamışdır. “06” noyabr 2019-cu il tarixində həmin gün üçün nəzərdə tutulmayan, lakin Cəmiyyət tərəfindən təcili sifarişin çatdırılmasına dair X4 göstəriş verilmişdir. Yaranan fövqəladə hal nəticəsində X5 başqa sifarişi təcili çatdırmalı olduğuna görə, həmin gün təhvil verilməli olan digər qida məhsullarının (şəkər tozu) çatdırılmasını Cavabdeh tapşırmışdır. Belə ki, cavabdehə 68 kisə şəkər tozunu Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən “Bakı Topdan Satış Mərkəzi”nə çatdırması tapşırılmışdır. Cavabdeh 68 kisə şəkər tozunu nəzərdə tutulan məntəqəyə çatdırmış, şəkər tozunun ümumi dəyərini təşkil edən 2754 manat məbləği satış məntəqəsindən götürmüş, lakin həmin məbləği nə cəmiyyətə, nə də tapşırığı həvalə edən satış təmsilçisi X4 təhvil verməmişdir. Cavabdeh daşımanı həyata keçirdiyi şirkətə məxsus İSUZU markalı avtonəqliyyatı İddiaçı MMC-nin yerləşdiyi Xırdalan şəhəri, H.Əliyev küçəsi 121 ünvanına gətirmiş, Cəmiyyətə məxsus zavodun həyətində avtonəqliyyatı saxlayıb, Cəmiyyətə təhvil verməli olduğu məbləğlə birlikdə ərazini tərk etmişdir. Həmin vaxtdan etibarən X5 ilə dəfələrlə əlaqə qurulmağa çalışılmışdır. Lakin cavabdehin telefonu həmin andan etibarən sönülü olmuşdur. Nəzərdə tutulan halla bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edilmişdir. Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Anar Miralayev tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə “08” iyul 2020-ci il tarixində qərarında, Cavabdeh yazdığı izahata əsasən qeyd olunmuşdur ki, Cavabdeh “06” noyabr 2019-cu il tarixində şəkər tozunu topdan satış məntəqəsinə təhvil verərək, 2754 manat pul vəsaitini götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə, həmin qərarda Cavabdeh, İddiaçı MMC-yə məxsus 2754 manat pul məbləğini özünə götürüb, şəxsi ehtiyaclarına xərclədiyini etiraf edir. Həmin qərarda göstərilir ki, cavabdeh şirkətə olan borcunu hissə-hissə tam ödəyəcəyini söz vermişdir. Lakin cavabdeh tərəfindən Cəmiyyətə heç bir ödəniş edilməmişdir. Qeyd etmək istəyir ki, İddiaçı MMC təşkilatihüquqi formasını dəyişərək açıq səhmdar cəmiyyətinə çevrilmişdir və İddiaçı ASC “01” fevral 2021-ci il tarixindən etibarən yenidən təşkil edilmiş İddiaçı MMC-nin hüquqi varisidir. Bu səbəbdən İddiaçı ASC İddiaçı MMC-nin öhdəliklərini yerinə yetirmək və hüquqlarından istifadə etmək səlahiyyətlərinə malikdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində bildirdi ki, icraatda olan 2(012)-659/2022 saylı iş üzrə İddiaçı ASC-nin ona qarşı pul tələinə dair iddia ərizəsində qeyd etdiyi 2754 manatı qəbul edir və qətnamə çıxarılmasına etiraz etmədi. İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 08 iyul 2020-ci il tarixli cinayət işi bşlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh izahatında bildirmişdir ki, o, 2019-cu ilin oktyabr-noyabr aylarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı MMC şirkətində sürücü işləmiş, 06.11.2019-cu il tarixdə şirkətə daxil olmuş sifariş əsasında şirkətin anbarından 68 kisə şəkər tozu qəbul edərək Bakı şəhəri, Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən topdan satış məntəqəsinə təhvil vermiş və malın qarşılığında 2754 manat pulu götürərək şirkətin mərkəzi ofisinə qayıtmış, avtomaşını şirkətin ərazisində saxladıqdan sonra daha əvvəl evdə xəstə olması barədə zəng edildiyi üçün pulu şirkətə təhvil vermədən şüurlu halda təcili oradan uzaqlaşıb taksi ilə yaşadığı evə gəlmiş, evə gələn zaman anasının kəskin ağrıları olduğunu görüb tanış həkimlərin birini evə dəvət etmiş və ilkin müayinədən sonra müalicə ilə əlaqədar dərmanlar almalı olmuş və həmin vaxtı evdə ehtiyat pul olmadığı üçün məcbur olub şirkətə məxsus pulun təxminən 500 manatını xərcləmiş, bundan sonra vəziyyətini izah edə bilməyəcəyini düşünərək pulu bərpa etməsi üçün bir neçə tanımadığı şəxsdən pul istəmiş, lakin müsbət nəticə əldə edə bilməmiş, belə olan halda məcbur qalaraq Nəsimi rayonu, Azadlıq prospekti yaxınlığında yerləşən top az mərc xanada oyunlara pul qoymuş və beləliklə əlində olan pulları mərc oyunlarında uduzmuş, artıq başqa çarəsi qalmadığına görə iç yerinə yaxınlaşaraq vəziyyəti izah etməyə çalışmış və orada ona inanmamışlar və nəticədə işdən qovmuşlar. Beləliklə anasının xəstəliyi ilə əlaqədar düşdüyü çətin vəziyyət nəticəsində iş yerini borclu qalmaqla yanaşı işdən ayrılmağına görə maddi vəziyyəti daha da pisləşmiş və şirkətə olan borcu ödəyə bilməmişdir. Bir daha qeyd etmişdir ki, onun heç bir pis niyyəti olmamış, borclu olduğundan 2754 manat pulu ödəməkdən imtina etməmiş, sadəcə olaraq müflisləşdiyi üçün borcunu ödəyə bilməmiş, yaxın müddət ərzində şirkətə olan borcunu hissə-hissə tam ödəyəcəyinə söz vermişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Cavabdeh 2019-cu ilin oktyabr ayında sürücü-ekspeditor vəzifəsində işləmək niyyəti ilə İddiaçı MMC-yə müraciət etmişdir. Cavabdehin müraciəti əsasında həmin aydan etibarən Cavabdeh Cəmiyyətin digər əməkdaşı X3 yanında işə qəbul edilməmişdən əvvəl müəyyən dövr üçün nəzərdə tutulmuş sınaq müddəti ilə əlaqədar təcrübə keçməyə başlamışdır. Sınaq müddəti dövründə cavabdeh satış təmsilçisi vəzifəsində çalışan X5 ilə birlikdə malları müəyyən satış məntəqələrinə paylamışdır. “06” noyabr 2019-cu il tarixində həmin gün üçün nəzərdə tutulmayan, lakin Cəmiyyət tərəfindən təcili sifarişin çatdırılmasına dair X4 göstəriş verilmişdir. Yaranan fövqəladə hal nəticəsində X5 başqa sifarişi təcili çatdırmalı olduğuna görə, həmin gün təhvil verilməli olan digər qida məhsullarının (şəkər tozu) çatdırılmasını Cavabdeh tapşırmışdır. Belə ki, cavabdehə 68 kisə şəkər tozunu Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən “Bakı Topdan Satış Mərkəzi”nə çatdırması tapşırılmışdır. Cavabdeh 68 kisə şəkər tozunu nəzərdə tutulan məntəqəyə çatdırmış, şəkər tozunun ümumi dəyərini təşkil edən 2754 manat məbləği satış məntəqəsindən götürmüş, lakin həmin məbləği nə cəmiyyətə, nə də tapşırığı həvalə edən satış təmsilçisi X4 təhvil verməmişdir. Odur ki, Cavabdeh İddiaçı ASC-yə 2754 manat məbləğində borcunun olması iddiaçı şirkətin nümayəndəsinin izahatı və cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsi öz təsdiqini tapır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh 2754 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2.ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 50,97 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2754 manat və 50,97 manat olmaqla, cəmi 2804,97 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-659/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-659/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver