Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-66/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR-nın DİN-nin Abşeron RPİ-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR-nın DİN-nin Abşeron RPİ-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Polis İdarəsi tərəfindən ona dəymiş 5000 manat ziyanın, xx.xx.2021-ci il tarixində avtoqəza hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi “Land Rover” Sport markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus olan idarə etdiyi Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilinə 35988 (otuz beş min doqquz yüz səksən səkkiz) manat 50 (əlli) qəpik dəyərində vurduğu zərərin Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki işi baxılmamış saxlayaraq bütün sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR-nın DİN-nin Abşeron RPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı vəkili nümayəndəsi Vəkil mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlərlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR-nın DİN-nin Abşeron RPİ-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.İddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-66/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-66/2023
25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver