Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-661/2022 08.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair mülki işə 08 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 16120 manat pulun, dəymiş 2380 manat maddi və 5000 manat mənəvi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdeh ona dəymiş zərəri ödəmiş, ev üçün verilən pulu geri qaytarmış, mübahisə məhkəmədən kənar qaydada həll olunmuşdur. Bunun üçün iddiadan imtina edildiyi bildirilmiş və mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iş üzrə iddiaçının iddiadan imtina etməsi tərəflərin və digər şəxslərin hüquq və mənafeyinə zidd olmadığından, hazırki iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-661/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-661/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver