Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-662/2021 28.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********19435 olan Samsung Galaxy A6 markalı telefon üçün 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********43081 olan Samsung Galaxy A7 markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 216 (iki yüz on altı) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı plitə üçün 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı aspirator, HOFFMANN markalı Tozsoran üçün 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1080 (min səksən) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə 3868 manat borc, 30 manat dövlət rüsumu, cəmi 3898 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********19435 olan Samsung Galaxy A6 markalı telefon, İMEİ Kodu **********43081 olan Samsung Galaxy A7 markalı telefon, HOFFMANN markalı plitə, HOFFMANN markalı Aspirator, HOFFMANN markalı Tozsoran, HP markalı notebook almış və nəticədə 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdehlər xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) (yəni 12 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********19435 olan Samsung Galaxy A6 markalı telefonüçün ümumilikdə 514 (beş yüz on dörd) manat olmaqla ondan 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1009 (min doqquz) (yəni 12 ay x 80 manat +49 manat ilkin ödəniş) olan İMEİ Kodu **********43081 olan Samsung Galaxy A 7 markalı telefon üçün ümumilikdə 936 (doqquz yüz otuz altı) manat olmaqla ondan 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 216 (iki yüz on altı) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 433 (dörd yüz otuz üç) (yəni 11 ay x 39 manat + 4 manat ilkin ödəniş) olan HOFFMANN markalı plitə üçün ümumilikdə 557 (beş yüz əlli yeddi) manat olmaqla ondan 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 363 (üç yüz altmış üç) (yəni 11 ay x 32 manat + 11 manat ilkin ödəniş) olan HOFFMANN markalı Aspirator, HOFFMANN markalı Tozsoran üçün ümumilikdə 457 (dörd yüz əlli yeddi) manat olmaqla ondan 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1080 (min səksən) (yəni 12 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan HP markalı notebook üçün ümumilikdə 1404 (min dörd yüz dörd) manat olmaqla ondan 1080 (min səksən) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 700 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış, Zamin “xxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh və Aöayev Elçin Məzahir oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00327098 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 ay 66 manat aylıq icarə haqqı + 0 manat ilkin ödəniş ödəmək şərti ilə Samsung Galaxy A6 markalı telefon almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00456439 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 ay 80 manat aylıq kredit haqqı + 49 manat ilkin ödəniş ilə Samsung Galaxy A 7 markalı telefon almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00601735 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 11 aya 39 manat aylıq kredit haqqı + 4 manat ilkin ödəniş ilə HOFFMANN markalı plitə almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00601735 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 11 aya 32 manat aylıq kredit haqqı + 11 manat ilkin ödəniş ilə HOFFMANN markalı aspirator, HOFFMANN markalı Tozsoran almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00659782 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 90 manat aylıq kredit haqqı + 0 manat ilkin ödəniş ilə HP markalı notebook almışdır. -xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00327098 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A6 markalı telefonu “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2018-ci il tarixli 00327098 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Zamin “xxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00601735 nömrəli müqaviləyə əsasən HOFFMANN markalı plitə “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2019-cu il tarixli 00601735 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Zamin “xxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00610540 nömrəli müqaviləyə əsasən HOFFMANN markalı aspirator, HOFFMANN markalı Tozsoranı “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2019-cu il tarixli 00610540 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Zamin “xxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00659782 nömrəli müqaviləyə əsasən HP markalı notebooku “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2019-cu il tarixli 00659782 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Zamin “xxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş zaminlik müqavilələrinə əsasən, Zamin, borc alan Cavabdeh MMC qarşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsinə görə öz üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh və Zamin iddiaçı “xxxx” MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə Samsung Galaxy A6 markalı telefon, Samsung Galaxy A7 markalı telefon, HOFFMANN markalı plitə, HOFFMANN markalı Aspirator, HOFFMANN markalı Tozsoran, HP markalı notebook almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər iki müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2018-ci il tarixli 00327098 nömrəli müqavilə üzrə 514 manat ödənilməmiş hissə üzrə hesablanmış 118 manat məbləğində cərimənin azaldılaraq 5 manat, xx.xx.2019-cu il tarixli 00456439 nömrəli müqavilə üzrə 936 manat ödənilməmiş hissə üzrə hesablanmış 216 manat məbləğində cərimənin azaldılaraq 5 manat, xx.xx.2019-cu il tarixli 00601735 nömrəli müqavilə üzrə 557 manat ödənilməmiş hissə üzrə hesablanmış 128 manat məbləğində cərimənin azaldılaraq 5 manat, xx.xx.2019-cu il tarixli 00601735 nömrəli müqavilə üzrə 457 manat ödənilməmiş hissə üzrə hesablanmış 105 manat məbləğində cərimənin azaldılaraq 5 manat, xx.xx.2019-cu il tarixli 00659782 nömrəli müqavilə üzrə 1404 manat ödənilməmiş hissə üzrə hesablanmış 324 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx xxxxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Samsung Galaxy A 6 markalı telefon üçün 396 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 401 (dörd yüz bir) manat, Samsung Galaxy A 7 markalı telefon üçün 720 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 725 (yeddi yüz iyirmi beş) manat borc, HOFFMANN markalı plitə üçün 429 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 434 (dörd yüz otuz dörd) manat borc, HOFFMANN markalı Tozsoran və HOFFMANN markalı Aspirator üçün 352 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 357 (üç yüz əlli yeddi) manat borc, HP markalı notebook üçün 1080 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 1085 (min səksən beş) manat borc, cəmi 3002 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 3032 (üç min otuz iki) manat borc cavabdehlər Cavabdeh və Zamin “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samsung Galaxy A 6 markalı telefon üçün 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 401(dörd yüz bir) manat, Samsung Galaxy A 7 markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 725 (yeddi yüz iyirmi beş) manat borc, HOFFMANN markalı pliktə üçün 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 434 (dörd yüz otuz dörd) manat borc, HOFFMANN markalı Tozsoran və HOFFMANN markalı Aspirator üçün 352 (üç yüz əlli iki manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 357 (üç yüz əlli yeddi) manat borc, HP markalı notebook üçün 1080 (min səksən) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 1085 (min səksən beş) manat borc, cəmi 3002 (üç min iki) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3032 (üç min otuz iki) manat borc cavabdehlər Cavabdeh və Zamin “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-662/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-662/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver