Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6642/2021 02.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65526 olan Samsung Galaxy A10 markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 30.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefon üçün 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə, 35 (oyuz beş) manat cərimə; 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********44174 X2 10 markalı telefon üçün 2058 (iki min əlli səkkiz) manat ödənilməmiş hissə, 205 (iki yüz beş) manat cərimə, 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefon üçün 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3337 (üç min üç yüz otuz yeddi) manat borc, 53.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.05.2019-cu il, 30.11.2019-cu il, 04.03.2020-ci il və 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65526 Samsung Galaxy A10 markalı telefon, aksesuar, SAMSUNG Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefon, İMEİ Kodu **********44174 X2 10 markalı telefon, İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 3337 (üç min üç yüz otuz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 449 (dörd yüz qırx doqquz) manat (18 ay x 24 manat +17 manat ilkin ödəniş) İMEİ Kodu **********65526 Samsung Galaxy A10 markalı telefon, aksesuar üçün ümumilikdə, 132 (yüz otuz iki) manat olmaqla ondan, 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə; 30.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 581 (beş yüz səksən bir) manat (18 ay x 32 manat + 5 manat ilkin ödəniş) SAMSUNG Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefon üçün ümumilikdə, 387 (üç yüz səksən yeddi) manat olmaqla ondan, 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35 (otuz beş) manat cərimə; 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2647 (iki min altı yüz qırx yeddi) manat (18 ay x 147 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********44174 X2 10 markalı telefon üçün ümumilikdə, 2263 (iki min iki yüz altmış üç) manat olmaqla ondan, 2058 (iki min əlli səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 205 (iki yüz beş) manat cərimə; 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 568.8 (beş yüz altmış səkkiz manat, səksən qəpik) manat (18 ay x 31.6 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 555 (beş yüz əlli beş) manat olmaqla ondan, 505 (beş yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1210.8 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 01 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 31.05.2019-cu il tarixli, 00692200 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 18 aya 24 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********65526 olan Samsung Galaxy A10 markalı telefon almışdır. -31.05.2019-cu il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********65526 olan Samsung Galaxy A10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 30.11.2019-cu il tarixli, 01087712 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 18 aya 32 manat aylıq icarə haqqı ödəmək şərti ilə Samsung Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefon almışdır. -30.11.2019-cu il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Abasova X1 Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 04.03.2020-ci il tarixli, 20144301 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 18 aya 147 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********44174 X2 10 markalı telefon almışdır. -04.03.2020-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********44174 X2 10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 29.06.2020-ci il tarixli, 20375329 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 18 aya 31.6 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefon almışdır. -04.03.2020-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, 31.05.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər cəmi 329 manat ödəniş etmiş, nəticədə onun aldığı alqı-satqı qiyməti 449 manat olan İMEİ Kodu **********65526 olan Samsung Galaxy A10 markalı telefon üçün cəmi 132 manat borc olmaqla, ondan 120 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu; 30.11.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər cəmi 229 manat ödəniş etmiş, alqı-satqı qiyməti 581 manat olan Samsung Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefon üçün cəmi 387 manat borc olmaqla, ondan 352 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu, 04.03.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 589 manat ödəniş etmiş, nəticədə onun aldığı alqısatqı qiyməti 2647 manat olan İMEİ Kodu **********44174 X2 10 markalı telefon üçün cəmi 2263 manat borc olmaqla, ondan 2058 manat ödənilməmiş hissə, 205 manat cərimə borcu, 29.06.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 63.8 manat ödəniş etmiş, nəticədə onun aldığı alqı-satqı qiyməti 568.8 manat olan İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefon üçün cəmi 555 manat borc olmaqla, ondan 505 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 3337 manat borc təşkil etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 30.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh qısa bir zamanda öhdəliyini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə edilmiş rüsumun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 53.37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65526 olan Samsung Galaxy A10 markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 30.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefon üçün 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə, 35 (oyuz beş) manat cərimə, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********44174 X2 10 markalı telefon üçün 2058 (iki min əlli səkkiz) manat ödənilməmiş hissə, 205 (iki yüz beş) manat cərimə, 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefon üçün 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3337 (üç min üç yüz otuz yeddi) manat borc məbləği, 53.37 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65526 olan Samsung Galaxy A10 markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 30.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Tozsoran, İMEİ Kodu **********67012 HUAWEİ Y6 markalı telefon üçün 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə, 35 (oyuz beş) manat cərimə, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********44174 X2 10 markalı telefon üçün 2058 (iki min əlli səkkiz) manat ödənilməmiş hissə, 205 (iki yüz beş) manat cərimə, 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06908 Samsung Galaxy A21s markalı telefon üçün 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3337 (üç min üç yüz otuz yeddi) manat borc məbləği və 53.37 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6642/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6642/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver