Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6658/2021 24.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə 07 iyun 2007-ci il təvəllüdlü X3 və 24 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 avqust 2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 136 manat, ümumilikdə 272 manat qət edilmiş alimentin ödənilməsinin dəyişdirilərək Cavabdeh hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 04 avqust 2006-cı il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladları 07 iyun 2007-ci il təvəllüdlü X6 və 24 sentyabr 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 07 iyun 2007-ci il təvəllüdlü X3 və 24 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136 manat, ümumilikdə 272 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh fərdi əməklə məşğul olur, kifayət qədər qazanc əldə edir. Cavabdehin maddi durumunda dəyişiklik baş verməsinə baxmayaraq, cavabdeh yalnız məhkəmə qərarı ilə kəsilmiş aliment pulunu ödəyəcəyini bildirməkdə davam edir. Məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləği isə hazırki durumda uşaqların maksimal saxlanılması üçün yetərli deyildir. Milli qanunvericilik nəzərə alınmaqla uşaqların normal şəkildə qayğılarını təmin etmək üçün Respublikada hər il yaşayış minimumu dəyişməkdə davam edir. Ehtiyac meyarı bir uşaq üçün 2021-ci ilə görə 175 manat müəyyən edilmişdir. Cavabdeh uşaqların problemlərini həll etmək, qayğılarını təmin etmək üçün könüllü olaraq maddi dəstək göstərmir. O isə çətinliklərlə rastlaşır, uşaqların ehtiyaclarını lazımi səviyyədə təmin edə bilmir. Hər iki uşaq məktəblidir, onun himayəsində qalırlar, gündən-günə isə problemlər artmaqda davam edir. Aliment ödənilməsinə dair aralarında saziş bağlanmamışdır. Cavabdeh məhkəmədən kənar şəkildə aliment miqdarının artırılmasına razı olmamışdır. Bu baxımdan, alimentin miqdarının dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyir və övladlarına alimentdən əlavə də köməklik edir. O, məktəb ləvazimatlarının satışı ilə məşğuldur və daimi iş yeri yoxdur. Odur ki, o, alimentin artırılmasına etiraz etmir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 960373 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 07 iyun 2007-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 182550 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 24 sentyabr 2008-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-390/2018 saylı, 12 yanvar 2018ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında Bakı Şəhəri Binəqədi Rayonu Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04.08.2006-cı il tarixdə 712 saylı qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 07 iyun 2007-ci il təvəllüdlü X6 və 24 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 136 manat olmaqla, ümumillikdə 272 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2021-ci il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla 07 iyun 2007-ci il təvəllüdlü X6 və 24 sentyabr 2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 62 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-390/2018 saylı, 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 07 iyun 2007-ci il təvəllüdlü X6 və 24 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 62 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6658/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6658/2021
24.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver