Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-667/2023 31.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilimə dəymiş 890 manat zərərin və ödənilmiş 34 manat dövlət rüsumunun və 400 manat vəkil xidmət haqqının, ümumilikdə 1324 manat məbləğin cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinə düzəliş barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində texniki səhv nəticəsində cavabdehin adı MMC əvəzinə ASC kimi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 ASC-nin Cavabdeh2 MMC kimi qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində saat 15:00 radələrində idarə etdiyi "Opel" markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, Xırdalan kəndində düz yolda hərəkətdə olduğu zaman ünvan 1 ünvanında yaşayan Cavabdeh1 idarə etdiyi “Khazar SD” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil dönmə-dayanma əməliyyatını həyata keçirmədən yolda hərəkət istiqaməti ona məxsus olduğu halda yan yoldan avtomobilinin qabağına keçmiş, o, əyləci basmağa macal tapa bilmədiyindən dayanma əməliyyatını vaxtında icra edə bilmədiyinə görə avtomobilinin sol ön hissəsi cavabdehin idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə toqquşduraraq məlum nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə gələn dövlət yol polisi əməkdaşları tərəfindən Cavabdeh1 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinin tələblərini pozmaqda təqsirli bilinərək barəsində inzibati protokol tərtib edilməklə 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, Cavabdeh1 idarə etdiyi “Khazar SD” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində deyil, həmin şəxs tərəfindən etibarnaməsiz idarə edilmişdir, avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMCdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan avtomaşına 890 manat məbləğində maddi zərər dəymişdir. Onu da qeyd edir ki, Cavabdeh1 həbsdədir. Bundan əlavə 09 mart 2022-ci il tarixli, MAS-2195 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” nə əsasən, Cavabdeh3 MAS-2195 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Khazar SD” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Odur ki, o, hesab edir ki, avtomobilinə dəymiş zərərin əvəzi Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 tutulmalıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh2 MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, xx.xx.2022-ci il tarixli, MAS-2195 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, Cavabdeh3 MAS-2195 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və "Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtomobilin olunmasına dair etibarnamə verilmişdir. Cavabdeh1 isə hadisə baş verən zaman"Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bundan əlavə Cavabdeh1 hazırda həbsdədir. Həmçinin qeyd etmək istəyir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında heç bir hüquqi münasibət yoxdur. “Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh2 MMC-nin sahibliyindən çıxmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MAS-2195 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, X6 (lizinq alan) ilə Cavabdeh2 MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MAS-2195 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, X5 (öhdəlikləri qəbul edən) ilə Cavabdeh2 MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X6 ilə Cavabdeh2 MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X6 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri X3 ötürmüş və X5 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MAS-2195 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh3 (öhdəlikləri qəbul edən) ilə Cavabdeh2 MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X5 ilə Cavabdeh2 MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X5 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh3 ötürmüş və Cavabdeh3 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X5 və Cavabdeh3, X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan və Cavabdeh2 MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan Abşeron DYP tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh1 “Khazar SD” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Xırdalan şəhəri, Xırdalan kəndində nəqlivvat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/871 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla "Opel" markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 790 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 «Khazar SD» markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Xırdalan şəhəri, Xırdalan kəndində nəqlivvat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və Abşeron DYP tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində İddiaçı məxsus "Opel" markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/871 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla "Opel" markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 790 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli, MAS-2195 saylı “Daxili lizinq müqaviləsi”ndən göründüyü kimi X6 (lizinq alan) ilə Cavabdeh2 MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüş, xx.xx.2022-ci il tarixli, MAS-2195 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”nə əsasən, X5 (öhdəlikləri qəbul edən) ilə Cavabdeh2 MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X6 ilə Cavabdeh2 MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X6 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri X3 ötürmüş və X5 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli, MAS-2195 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”nə görə Cavabdeh3 (öhdəlikləri qəbul edən) ilə Cavabdeh2 MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X5 ilə Cavabdeh2 MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X5 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh3 ötürmüş və Cavabdeh3 isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüş və xx.xx.2022-ci il tarixli təhviltəslim akta əsasən, X5 və Cavabdeh3, X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan və Cavabdeh2 MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsi «Khazar SD» markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh1 tərəfindən törədilmiş, lakin xx.xx.2022-ci il tarixli, MAS-2195 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, Cavabdeh3 MAS-2195 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və "Khazar SD” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki halları nəzərə alaraq hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vurmuş Cavabdeh1 ilə bərabər “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş lizinq alan Cavabdeh3 da birgə məsuliyyət daşımalı və "Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsində olduğundan, Cavabdeh2 MMC-nin sahibliyindən çıxdığından,iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməlidir. Göstərilənləri və ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 790 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə istinad edərək hesab edir ki, 200 manat vəkil xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10 aprel 2023-cü il tarixli, 9/871 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 790 manat pul, 34 manat dövlət rüsumu və 200 manat vəkil xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10 aprel 2023-cü il tarixli, 9/871 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-667/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-667/2023
31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver