Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6723/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əlibala qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5614 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində iddiaçı kimi qeyd edilmiş “İddiaçı”nın ata adı “Əlibala” kimi qeyd edilərək texniki yanlışlığa yol verilmiş, bu səbəbdən də, iddiaçı kimi “İddiaçı” kimi nəzərə alınaraq, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun mərhum əri X11 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cəlilabad filialından cavabdehin götürmüş olduğu 9000 manat kreditə 19.10.2017-ci il tarixli zaminlik müqaviləsi əsasında zamin dayanmışdır. Cavabdeh həmin kreditin bir miqdarını ödəmiş, qalan 5614 manatını isə ödəmədiyi üçün mərhum ərindən həmin məbləğ alınaraq cavabdehin xeyrinə Azərbaycan Beynəlxalq Bankı ASC-nin hesabına ödənilmişdir. X11 2ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. O, cavabdehdən dəfələrlə həmin pulu tələb etsə də hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum əri dəfələrlə özü də cavabdehdən həmin pulu tələb etmiş, lakin aralarında yaxınlıq olduğu üçün müəyyən qədər möhlət vermişdir. Qeyd etdiklərini iddia ərizəsinə əlavə etmiş olduğu Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş 25.06.2021-ci il tarixli 173 saylı arayış da təsdiq edir. Belə ki, cavabdeh onun mərhum həyat yoldaşı ilə bir yerdə işləmişdir. Cavabdeh banka olan borcu ödəmədiyindən onun həyat yoldaşı məcbur qalıb ödənişlər etmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 2017-ci ildə onun oğlu Cavabdeh iddiaçının mərhum həyat yoldaşı X11 ilə bir yerdə işləmişlər. Onun oğlu bankdan kredit götürmüş, mərhum isə onun oğlunun kredit borcuna zamin dayanmışdır. Oğlu banka olan borcunu ödəyib qurtarmışdır. 2018-ci ildə isə oğlu çalışdığı iş yerindən çıxarılmış, ailəsi ilə birlikdə Bakıya köçmüşdür. X11 2019-cu ildə pulu tələb etmiş, hətta bir neçə nəfərlə oğlunun üzərinə gəlmişlər. İş böyümüş, polisə qədər gedib çıxmış, polis məntəqəsində isə X11 borcun ödənilməsi məsələsini onun oğluna bağışlamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək nümayəndəsi-anası X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İmişli regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.10.2020-ci il tarixli AZ-İİ № 023536 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 10.10.2020-ci il tarixdə hərbi əməliyyat nəticəsində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 126 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -25.01.2021-ci il tarixli 001271 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. -"xxxx" ASC-nin 25.06.2021-ci il tarixli 173 saylı arayışından görünür ki, "xxxx" ASC (Cəlilabad filialı) ilə X11 (Ş/V AZE16933617 Cəlilabad RPŞ 06.04.2017-ci il) arasında bağlanmış 19.10.2017-ci il tarixli 3329-19.10.2017-SM0116 saylı zaminlik müqaviləsi ilə Cavabdeh (Ş/V AZE5818968 Cəlilabad RPŞ 17.02.2016-cı il) 9000 manat məbləğə zamin durmuşdur. Zaminlik müqaviləsinin tələblərinə uyğun olaraq 5614 manat X3 tutularaq Cavabdeh xeyrinə ödənilmişdir. Belə ki, 20.11.2018-ci il tarixdə 232 manat, 22.01.2019-cu il tarixdə 971 manat, 16.04.2019-cu il tarixdə 984 manat, 17.05.2019-cu il tarixdə 489 manat, 12.06.2019-cu il tarixdə 109 manat, 19.06.2019-cu il tarixdə 457 manat, 18.07.2019-cu il tarixdə 411 manat, 20.08.2019-cu il tarixdə 970 manat, 20.11.2019-cu il tarixdə 991 manat olmaqla cəmi 5614 manat borc ödənilmişdir. -Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli 416/12 saylı arayışdan görünür ki, X11 12.03.1993-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 59 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X8r. -Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 628/12 saylı arayışdan görünür ki, X11 ilə X12 19.06.2015-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada İsayeva soyadı verilmişdir. -08.11.2021-ci il tarixli 2V-478 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 10.10.2020-ci il tarixdə vəfat etmiş-X6 vərəsələri İddiaçı, X14, X16r və onlar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cəlilabad rayon Dövlət Sığorta filialının verdiyi 21.10.2020-ci il tarixli 07 saylı arayışına əsasən mərhum X9 məxsus olan 11000 manat sığorta ödənişindən ibarət olan miras əmlakdan bərabər hissələrdə irs almışlar. -Asan-Masallı tərəfindən verilmiş 04.09.2018-ci il tarixli AZE № 17331017 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Bəcrəvan kəndində qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Lökbatan ərazi dairəsi Şubanı qəsəbəsi Hərbi Şəhərcik 71 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əlizadə X15 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbinin İddiaçı tərəfindən irəli sürülməyə subyektiv hüququnun olubolmaması ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki iş materiallarından göründüyü kimi, İddiaçı mərhum həyat yoldaşı X11 Cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC ilə bağladığı kredit müqaviləsinə 19.10.2017-ci il tarixli 3329-19.10.2017-SM0116 saylı zaminlik müqaviləsinə əsasən zamin dayanaraq birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X11 10.10.2020-ci il tarixdə 44 günlük Vətən Müharibəsində hərbi əməliyyatlar nəticəsində şəhid olmuş və 08.11.2021ci il tarixli 2V-478 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həyat yoldaşı-İddiaçı, övladları - X14 və X4 Təbriz İsabala oğlunun vərəsələri qismində tanınaraq, ondan miras qalmış əmlakdan - 11000 manat sığorta ödənişindən bərabər hissələrdə irs almışlar. Göründüyü kimi, hazırda X6 vərəsəsi kimi tanınmış İddiaçı mərhumun adından borc pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385-ci maddəsinə əsasən, öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3 maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanunvericiliyin tələblərindən və mülki iş materiallarına əlavə olunmuş "xxxx" ASCnin 25.06.2021-ci il tarixli 173 saylı arayışından göründüyü kimi, Cavabdeh "xxxx" ASC ilə 19.10.2017-ci il tarixdə kredit müqaviləsi bağlamaqla tərəflər arasında debitor-borc münasibətlərindən irəli gələn hüquq yaranmışdır. Mülki Məcəllənin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etməş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı həmçinin, Azərbaycan Beynəlxalq Bankı ASC-nin 25.06.2021-ci il tarixli 173 saylı arayışından müəyyən olunmuşdur ki, mərhum X11 Cavabdeh bankla bağladığı kredit müqaviləsinə zamin dayanaraq borcalanın 9000 manat kredit borcunun ödənilməsinə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və həmin kredit borcundan cəmi 5614 manat kredit borcunu zamin kimi ödəyərək kredit müqaviləsi üzrə öhdəliyini icra etmişdir. Hazırda, kredit müqaviləsi üzrə zamin dayanmış X6 vərəsəsi-İddiaçı borcalan-Cavabdeh münasibətdə reqres qaydada borcu tələb etmək hüququ yarandığından iddiaçı mərhum həyat yoldaşı tərəfindən ödənilmiş 5614 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin: 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 509.1. maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank qarşısında yaranmış kredit öhdəliyinin ödənilməsi, sonuncunun mərhum X11 qarşısında 5614 manat borcunun qalması Azərbaycan Beynəlxalq Bankı ASC-nin 25.06.2021-ci il tarixli 173 saylı arayışı ilə də öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 19.10.2017-ci il tarixli 3329-19.10.2017- SM0116 saylı zaminlik müqaviləsinə əsasən zamin X11 tərəfindən ödənilmiş 5614 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 19.10.2017-ci il tarixli 3329-19.10.2017-SM0116 saylı zaminlik müqaviləsinə əsasən zamin X11 tərəfindən ödənilmiş 5614 (beş min altı yüz on dörd) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-6723/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6723/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver