Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6732/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında 14 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.12.2019-cu il tarixli müqaviləyə əsasən Electrolux Paltaryuyan, Hoffmann Led televizor üçün 583.5 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 06.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********26811 X1 8T markalı telefon üçün 352.2 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu və 04.02.2020-ci il tarixli müqaviləyə əsasən LG Qabyuyan üçün 2062 manat ödənilməmiş hissə, 206.3 manat dəbbə pulu olmaqla, ümumilikdə 3204 manat borc və ödənilmiş dövlət rüsumuna görə 52.04 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16.12.2019-cu il, 06.01.2020-ci il və 04.02.2020-ci il tarixli müqavilələrə əsasən Electrolux Paltaryuyan, Hoffmann Led televizor, İMEİ Kodu **********26811 X1 8T markalı telefon və LG Qabyuyan almış, nəticədə 3204 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 16.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1494 manat olan Electrolux Paltaryuyan, Hoffmann Led televizor üçün 583.5 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla cəmi 583.5 manat borcu yaranmışdır. 06.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 682.2 manat olan İMEİ Kodu **********26811 X1 8T markalı telefon üçün 352.2 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu pulu olmaqla, cəmi 352.2 manat borcu yaranmışdır. 04.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2143 manat olan LG Qabyuyan üçün 2062 manat ödənilməmiş hissə, 206.3 manat dəbbə pulu (güzəştlə) olmaqla, cəmi 2268.3 manat borcu yaranmışdır. Cavabdeh 16.12.2019-cu il tarixli müqaviləyə əsasən, 28.12.2020-ci il tarixdə Electrolux Paltaryuyan, Hoffmann Led televizordan imtina etmiş və məhsul 787.5 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 06.01.2020-ci il tarixli müqaviləyə əsasən, 11.12.2020-ci il tarixdə İMEİ Kodu **********26811 X1 8T markalı telefondan imtina etmiş və məhsul 252 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 16.12.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 123 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 787.5 manat, ümumilikdə 910.5 manat təşkil edir. 06.01.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 78 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 252 manat, ümumilikdə 330 manat təşkil edir. 04.02.2020-ci il tarixli müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 81 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 05.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 16.11.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan 16.12.2019-cu il tarixli 01130165 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Electrolux Paltaryuyan, Hoffmann Led televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.01.2020-ci il tarixli 20015771 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********26811 X1 8T markalı telefonu qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.02.2020-ci il tarixli 20079196 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən LG Qabyuyanını qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 16.12.2019-cu il tarixli müqaviləyə əsasən Electrolux Paltaryuyan, Hoffmann Led televizor üçün 583.5 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə 583.5 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 06.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********26811 X1 8T markalı telefon üçün 352.2 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə 352.2 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 04.02.2020-ci il tarixli müqaviləyə əsasən LG Qabyuyanı üçün 2062 manat ödənilməmiş hissə, 206.3 manat dəbbə pulu olmaqla, ümumilikdə 2268.3 manat borcu vardır. Cavabdehin hər üç müqavilə üzrə cəmi 3204 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 04.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 206.3 manat dəbbə pulunun məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 16.12.2019-cu il tarixli müqaviləyə əsasən Electrolux Paltaryuyan, Hoffmann Led televizor üçün 583.5 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 06.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********26811 X1 8T markalı telefon üçün 352.2 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu və 04.02.2020-ci il tarixli müqaviləyə əsasən LG Qabyuyanı üçün 2062 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 3017.7 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 52.04 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 52.04 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.12.2019-cu il tarixli müqaviləyə əsasən 583.5 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 06.01.2020-ci il tarixli müqaviləyə əsasən 352.2 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu və 04.02.2020-ci il tarixli müqaviləyə əsasən 2062 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 3017.7 manat və ödənilmiş dövlət rüsumu üçün 52.04 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6732/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6732/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver