Məhkəmə qərarları › İş №2(012)-6738/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6738/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6738/2024 09.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsi mənasına görə ərizədə işdə iştirak edən şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yerin ünvanının göstərilməsinin qeyd olunması, həmin ünvanın mövcudluğunu təsdiq edən rəsmi sənədlərin iş materiallarına əlavə edilməsini özündə ehtiva edir. Lakin İddiaçı iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin, yəni Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cavabdeh ata adını, yaşadığı və ya olduğu yerin ünvanını göstərməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin hazırki işdən görünür ki, İddiaçı iddia tələbində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cavabdeh barəsində tədbir görülməsini və ondan aldadaraq aldığı 16300 manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də iddia tələbinin əsasını təşkil edən faktlara və hallara istinad etməmiş, bu tələbini təsdiq edəcək sənədləri iddia ərizəsinə əlavə etməməklə, həmçinin sübutların siyahısını göstərməməklə MPM-in 149.2.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Lakin iddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunu ödədiyini təsdiq edən qəbzi iş materiallarına əlavə etməmişdir. Yuxarıda qeyd olunanları məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə və iddia ərizəsinə əlavə edilən sənədləri tənzimləyən Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinin tələblərinə əməl etməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-in 152.1.1-ci və 152.1.5-ci maddələrinə istinad edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinin tələblərinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar