Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-675/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 001L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə, xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmasına və xx.xx.2019-cu il tarixli 001R**********S saylı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 001R********** saylı kredit razılaşması üzrə 1634.92 manat məbləğində kredit borcu, 282.22 manat məbləğində faiz borcu və 668.8 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 2585 (iki min beş yüz səksən beş) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 001L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3365.08 manat ödəmiş, onun 1634.92 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 100 gün üçün hesablanmış faiz borcu 282.22 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 100 gün üçün hesablanmış cərimə 668.8 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd edilənlərə əsasən, İddiaçı QSC iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İddiaçı QSC-ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 001L**********29 saylı Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə xx xxxxxxxx 2028-ci il tarixdən gec olmayaraq verilməklə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. -İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 001L**********29 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli, 001R********** saylı Kredit Razılaşmasından görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. - xx.xx.2018-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixədək, 5000 manat əsas, 1156.23 manat faiz borcu olmaqla, 6156.23 manat ümumi borc məbləğindən hər ay banka 342 manat (xx xxxx 2020-ci il tarixdən başlayaraq 342.23 manat) ödəməklə qaytarmalıdır. -Kreditin verilməsi-köçürmə barədə xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1, 5000 (beş min) manat kredit məbləğini İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən imza edərək qəbul etmişdir. -xx.xx.2019-cu il tarixli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 001R**********S nömrəli Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında xx.xx.2018-ci il tarixli, 001L**********29 saylı Uzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə bağlanmış 001R********** saylı Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faziləri bu Sazişə əlavə olunan xx xxxxxxxx 2019-cu il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. - xx.xx.2019-cu il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixədək, 3037.65 manat əsas, 562.61 manat faiz borcu, 373.3 manat cərimə borcu olmaqla, 4161.64 manat ümumi borc məbləğindən hər ay banka 240 manat ödəməklə qaytarmalıdır. -xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 001S**********03 saylı və Cavabdeh3 arasında bağlanmış 001S**********02 saylı zaminlik müqavilələrindən görünür ki, Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə zamin məsuliyyəti öz üzərlərinə götürmüşlər. -xx.xx.2020-ci il tarixdə verilmiş borca dair cədvəldən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli 001R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 1634.92 manat məbləğində əsas, 282.22 manat məbləğində faiz borcu və 668.8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2585.94 manat məbləğində borcu mövcud olmuşdur. -xx.xx.2018-xx.xx.2020-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 banka axırıncı ödənişi xx.xx.2020-ci il tarixdə olmuşdur. -xx.xx.2020-ci il tarixdə verilmiş borca dair cədvəldən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli 001R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 741.72 manat məbləğində əsas, 217.87 manat məbləğində faiz borcu və 37.32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 996.91 manat məbləğində borcu mövcud olmuşdur. -Mülki işin materiallarında olan xəbərdarlıq məktublarından və xəbərnamələrdən görünür ki, borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC tərəfindən müvafiq qaydada kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikləri barədə xəbərdar edilmişlər. -xx.xx.2018-xx.xx.2021-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 banka axırıncı ödənişi xx.xx.2021-cı il tarixdə olmuşdur. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. İddiaçının izahatı tədqiq edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırılaraq məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2020-ci il tarixdə verilmiş borca dair cədvəldən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli 001R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 741.72 manat məbləğində əsas, 217.87 manat məbləğində faiz borcu və 37.32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 996.91 manat məbləğində borcu mövcud olmuşdur. Məhkəmə borca dair sonuncu cədvəli əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iddia ərizəsi, iddiaçının nümayəndəsinin izahatı və digər sənədlərlə müəyyən edildi ki, Cavabdeh1 Banka xx.xx.2018-ci il tarixli, 001R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə cərimə borcu 37.32 (otuz yeddi manat otuz iki qəpik) manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə Məhkəmə işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə borclunun əvəzinə hər hansı ödəniş etməmişlər və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddiaçı “İddiaçı» QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 001R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 741.72 manat məbləğində əsas borc, 217.87 manat məbləğində faiz borcu və 37.32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 996.91 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulub “İddiaçı» QSC-nə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq cavabdeh şəxslərə aid edilməli, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018ci il tarixli, 001R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 741.72 (yeddi yüz qırx bir manat yetmiş iki qəpik) manat məbləğində əsas, 217.87 (iki yüz on yeddi manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu və 37.32 (otuz yeddi manat otuz iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 996.91 (doqquz yüz doxsan altı manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-675/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-675/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver