Məhkəmə qərarları › İş №2(012)-676/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-676/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-676/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 390 ABŞ Dolları məbləğində kredit bоrcunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2007-ci il tarixli, 02L000001009 saylı kredit xətti müqaviləsi əsasında 60 ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh3 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2011-ci il tarixli, 1009 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin məbləği 20000 (iyimi min) ABŞ Dolları, müddəti isə 180 ay müddətinədək artırılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə aylıq faiz dərəcəsi 2.4167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R**********S saylı, xx.xx.2016-cı il tarixli 002R**********SA saylı, xx.xx.2016-cı il tarixli 002R**********SB saylı və xx.xx.2016-cı il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 4610 ABŞ Dolları ödəmiş və onun 390 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən onlar bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdür. Zaminlər kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə prosesində iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Digər Cavabdeh2 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2007-ci il tarixli 02L000001009 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 60 ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli, 1009 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən müəyyən edilir ki, Kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin məbləği 20000 (iyimi min) ABŞ Dolları, müddəti isə 180 ay müddətinədək artırılmışdır. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasından müəyyən edilir ki, Cavabdeh3 İddiaçı QSC-dən 15 ay müddətinə aylıq faiz dərəcəsi 2.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli 002R**********S saylı, xx.xx.2016-cı il tarixli 002R**********SA saylı, xx.xx.2016-cı il tarixli 002R**********SB saylı və xx.xx.2016-cı il tarixli 002R**********SC saylı sazişlərdən müəyyən edilir ki, kredit razılaşmasına və ödəniş planına müəyyən dəyişikliklər edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2007-ci il tarixli 02S000000964 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, 20837 №-li maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh3 İddiaçı QSC-yə xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə olan borcu 390 ABŞ Dolları təşkil edir. Mülki işin materiallarında olan Portaldan Çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Rеspublikasının Mülki Prosessual Məcəlləsinin 61.0-ci və 261.0.7-ci maddələrinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş cavabdeh-zamin Cavabdeh1 Cavabdeh3 ilə birlikdə İddiaçı QSC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə 390 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla alınaraq İddiaçı QSC-yə verilməli, iddia tələbi bu hissədə təmin olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, habelə zaminlik münasibəti ilə bağlı hüquq varisliyinə yol verilmədiyindən Cavabdeh2 münasibətdə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə 390 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla və iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar