Məhkəmə qərarları › İş №2(012)-6795/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6795/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6795/2025 11.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 850 manat borcun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atasının adının “Şəfayət” əvəzinə “Səfayət” kimi oxunulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə “Xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən “Ausbildung Azərbaycan” Xaricdə Təhsil mərkəzinin icraçısı olaraq üzərlərinə müqavilədə əks olunmuş vəzifələri götürməklə müqavilənin əlavəsində qeyd olunan ali təhsil müəssisələrinə müraciət edəcəklərini bildirmişdirlər. Həmin şərtlərə əsasən ondan xidmət dəyərinin 50 faizini təşkil edən 850 manat pul məbləğini qəbul etmişdirlər. Lakin müqavilə bağlandığı zaman tez bir zamanda məsələnin həllini üzərlərinə götürməklərinə baxmayaraq 6 aydan bugünə qədər onun müraciəti ilə bağlı məsələ həllini tapmamışdır. Lakin sonradan məlum olmuşdur ki, qarşı tərəf onu yubatmış, saxta CV və tərcumeyi-hal yazmışdır. Cavabdehin məqsədi müraciətin hüquqi yolla deyil, saxta yolla qəbul edilməsinə nail olmaq olmuşdur. Belə ki, cavabdeh stajını yüksək göstərmiş və onun peşəsini “hotelçilik” və florist (gülçülük) üzrə göstərmişdir. Artıq o, aldanıldığını düşünərək müqavilə şərtlərini yerinə yetirmədikləri üçün ödədiyi məbləği geri qaytarmalarını, onun adından razılaşdırılmamış və həqiqəti əks etdirməyən məlumatlarla doldurulmuş CV-lərin heç bir yerə göndərilməməsini xahiş edir. O, qarşı tərəfin hesabına 850 manat pul ödəmişdir və bu faktı təsdiq edən sübut kimi bank hesabından çıxarış da mövcuddur. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan icraçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış 17 mart 2025-ci il tarixli xidmət müqaviləsindən və ona 2 nömrəli Əlavədən görünür ki, icraçı Cavabdeh sifarişçi İddiaçı sifarişinə uyğun olaraq bu müqavilə ilə razılaşdırılmış qaydada ayrılmaz tərkib hissəsi olan Əlavələrində qeyd olunan ali təhsil müəssisələrinə müraciət etməyi, sifarişçi İddiaçı isə icraçı Cavabdeh xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 mart 2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 850 manat məbləğində pulu xx.xx.2025-ci il tarixdə, saat 16:38-də Cavabdeh ****2632 nömrəli kart hesabına köçürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 442-ci, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 mart 2025-ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı Cavabdeh sifarişçi İddiaçı sifarişinə uyğun olaraq bu müqavilə ilə razılaşdırılmış qaydada ayrılmaz tərkib hissəsi olan Əlavələrində qeyd olunan ali təhsil müəssisələrinə müraciət etməyi, sifarişçi İddiaçı isə icraçı Cavabdeh xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən xidmətin dəyərinin tələb edilən hissəsinin, yəni müqavilədə qeyd edilən məbləğin 50 faizi olaraq 850 manat pulun tam ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilədə qeyd edilən xidmət göstərilməmiş və son nəticədə heç bir əsas olmadan cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Məhkəmə işin qeyd olunmuş faktiki hallarına və istinad olunacaq maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 850 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 850 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar