Məhkəmə qərarları › İş №2(012)-682/2022

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-682/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-682/2022 17.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 30.10.2018-ci il tarixində 3 saylı Bakı ASAN Xidməti Mərkəzinin Notariat Mərkəzinin notariat ofisində imzalanmış kredit müqaviləsinə əsasən 11500 manat borc pulun və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 124,50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə tanışlıqları faktiki olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK 1-də cavabdeh taksi fəaliyyəti ilə məşğul olarkən olmuşdur. Cavabdehin taksi kimi idarə etdiyi avtomobil günlük icarə olduğu üçün cavabdeh özünə şəxsi avtomobil almaq istəmişdir və bunun üçün 12000 manat lazım olduğunu ona bildirmişdir. Cavabdeh 2018-ci ilin oktyabr ayınının əvvəllərində ondan 12000 manat borc pul istəmişdir. O, bir müddət qeyd edilən məbləğdə borc pul vermək istəməsə də, lakin cavabdeh hər gün ona zəng edib borc verməyini xahiş etmişdir. 30.10.2018-ci ildə cavabdehlə olan səmimi münasibətləri səbəbindən cavabdehə 11500 manat borc pul verməyə razılaşmış və 30.10.2018-ci il tarixində cavabdehlə 3 saylı Bakı ASAN Xidməti Mərkəzinin Notariat Mərkəzinin notariat ofisində aralarında kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə o, cavabdehə 30.10.2020-ci il tarixinədək, hər ayın birinci günü 480 manat ona ödəmək şərti ilə 11500 manat borc pul vermişdir. Lakin, cavabdeh bugünədək qeyd olunan 11500 manat borcdan 1 manat da olsun ona qaytarmamışdır. 30.10.2018-ci il tarixində cavabdehlə 3 saylı Bakı ASAN Xidməti Mərkəzinin Notariat Mərkəzinin notariat ofisində aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, 3 saylı Bakı ASAN Xidməti Mərkəzinin Notariat Mərkəzinin notariat ofisi tərəfindən, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozulduğu üçün cavabdehə borcun qaytarılması ilə bağlı 12.02.2019-cu il tarixdə bildirişdə göndərilmişdir. Buna baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 30.10.2018-ci il tarixində 3 saylı Bakı ASAN Xidməti Mərkəzinin Notariat Mərkəzinin notariat ofisində imzalanmış kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 11500 manat məbləğində pulu verməyi, borc alan Cavabdeh isə borc verən İddiaçı həmin pulu 30.10.2020-ci il tarixində ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçını və onun vəkili-nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.10.2018-ci il tarixində 3 saylı Bakı ASAN Xidməti Mərkəzinin Notariat Mərkəzinin notariat ofisində imzalanmış kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 11500 manat məbləğində pulu verməyi, borc alan Cavabdeh isə borc verən İddiaçı həmin pulu 30.10.2020-ci il tarixində ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və 11500 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borcunun olmasını və iddiaçının izahatını təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə göndərilmədiyindən məhkəmə hesab edir ki, 11500 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 124,50 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. 30.10.2018-ci il tarixində 3 saylı Bakı ASAN Xidməti Mərkəzinin Notariat Mərkəzinin notariat ofisində imzalanmış kredit müqaviləsinə əsasən Cavabdeh 11500 manat məbləğində pul və 124,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar