Məhkəmə qərarları › İş №2(012)-6833/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6833/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6833/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə 17 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində Cavabdeh ünvanının İmişli rayonu olduğunu qeyd etmiş, Elektron Məhkəmə sistemindən çıxarılmış şəxsi məlumatlardan müəyyən edilir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Cəbrayıl rayonu, Çaxırli kəndidir. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyat qaydalarına əsasən düzgün verilmədiyindən MPM-nin 152.1.3-cü maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və hazırkı iddia ərizəsi ilə iddiaçının cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə- Cəbrayıl rayon məhkəməsinə müraciət etməsi ona izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3. maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa-ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı MMC-nin 10.11.2021-ci il tarixdə 23078 nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC-nin 10.11.2021-ci il tarixdə 23078 nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. İddiaçıya hazırkı iddia ərizəsi ilə Cəbrayıl rayon məhkəməsinə müraciət etməsi ona izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar