Məhkəmə qərarları › İş №2(012)-6842/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6842/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6842/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mini soba, Kenwood Kombayn, Philips Multibişirici üçün 506.1 (beş yüz altı manat, on qəpik) manat ödənilməmiş hissə, 50.9 (əlli manat, doxsan qəpik) manat cərimə, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan, X1 maşının ilk işə salınması üçün vasitə üçün 496.4 (dörd yüz doxsan altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 49.6 (qırx doqquz manat, altmış qəpik) manat cərimə, 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner üçün 441 (dörd yüz qırx bir) ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, ümumilikdə, 1588 manat borc, 35.88 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə 12.01.2020-ci il, 17.03.2020-ci il, 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mini soba, Kenwood Kombayn, Philips Multibişirici, Samsung Paltaryuyan, X1 maşının ilk işə salınması üçün vasitə, HOFFMANN Kondisioner almış və nəticədə 1588 (min beş yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1301.4 (min üç yüz bir manat, qırx qəpik) manat (18 ay x 72.3 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Mini soba, Kenwood Kombayn, Philips Multibişirici üçün ümumilikdə, 557 (beş yüz əlli yeddi) manat olmaqla ondan, 506.1 (beş yüz altı manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.9 (əlli manat, doxsan qəpik) manat cərimə, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1196.4 (min yüz doxsan altı manat, qırx qəpik) manat (12 ay x 99.7 manat + 0 manat ilkin ödəniş) Samsung Paltaryuyan, X1 maşının ilk işə salınması üçün vasitə üçün ümumilikdə, 546 (beş yüz qırx altı) manat olmaqla ondan, 496.4 (dörd yüz doxsan altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49.6 (qırx doqquz manat, altmış qəpik) manat cərimə, 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (12 ay x 63 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Kondisioner üçün ümumilikdə, 485 (dörd yüz səksən beş) manat olmaqla ondan, 441 (dörd yüz qırx bir) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44 (qırx dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1810.3 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mini soba, Kenwood Kombayn, Philips Multibişirici üçün 506.1 (beş yüz altı manat, on qəpik) manat ödənilməmiş hissə, 50.9 (əlli manat, doxsan qəpik) manat cərimə, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan, X1 maşının ilk işə salınması üçün vasitə üçün 496.4 (dörd yüz doxsan altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 49.6 (qırx doqquz manat, altmış qəpik) manat cərimə, 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner üçün 441 (dörd yüz qırx bir) ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, ümumilikdə, 1588 manat borc və 35.88 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mini soba, Kenwood Kombayn, Philips Multibişirici üçün 506.1 (beş yüz altı manat, on qəpik) manat ödənilməmiş hissə, 50.9 (əlli manat, doxsan qəpik) manat cərimə, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan, X1 maşının ilk işə salınması üçün vasitə üçün 496.4 (dörd yüz doxsan altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 49.6 (qırx doqquz manat, altmış qəpik) manat cərimə, 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner üçün 441 (dörd yüz qırx bir) ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, ümumilikdə, 1588 manat borc və 35.88 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar