Məhkəmə qərarları › İş №2(012)-697/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-697/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-697/2022 03.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkilinümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qafarova X2 Sevinc Şövkət qızına qarşı borc müqaviləsi üzrə pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat məbləğində əsas borc, 525 manat məbləğində cərimə borcunun və 100,25 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə Cavabdeh arasında alqı-satqı münasibətləri olmuşdur. Belə ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət fərdi yaşayış evi vardır. Həmin evi o, 2019-cu ildə satmaq niyyətinə düşsə də, sonradan fikrindən daşınmışdır. 2020-ci ilin iyun ayında ona Masazır kəndində ev alqısatqısı ilə məşğul olan və onunla qonşuluqda yaşamış Elnur adlı şəxs bildirmişdir ki, sözügedən evi təcili olaraq almaq istəyən var. Evə baxış keçirildikdən sonra, Cavabdeh evi bəyəndiyini bildirmiş, beləliklə, tərəflər aralarında razılaşaraq evin dəyərini 22000 manat məbləğində müəyyən etmişlər. Lakin Cavabdeh hal-hazırda evin pulunu tam ödəməyə imkanının olmadığını bildirərək, pulun bir hissəsini dərhal, qalıq hissəsini isə aylıq ödəmə imkanının olduğunu qeyd etmişdir. Onlar aralarında həmin şərtlər əsasında razılaşmış, Cavabdeh 300 manat məbləğində beh də ödəmişdir. 25.06.2020-ci il tarixdə o, sözügedən mənzili şahidlər imza etməklə tərtib olunmuş razılaşma aktı əsasında Cavabdeh satmışdır. Cavabdeh 13.000 manat məbləğində pulu dərhal ödəmişdir. Qalıq 8.700 manat borcu isə növbəti aydan başlayaraq hər ay 400 manat ödəmək şərti ilə, 2 il müddətinə ödəyəcəyi barədə razılaşmışlar. Razılaşma imzalandıqdan 3 gün sonra ev boşaldılaraq cavabdehə təhvil verilmişdir. Ev satıldıqdan sonra 3 ay müddətində 400 manat məbləğində pulu hər ay bank hesabına ödəmişdir. Bundan sonra isə cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinin təmir olunması üçün sərf olunmuş 7000 manat məbləğində pul vəsaitinin, habelə ev təmir olunanadək kirayə xərci və evdəki əşyalara dəymiş 1500 manat məbləğində zərərin, ümumilikdə 8500 manat məbləğində pul vəsaitinin X1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış evini razılaşmaya əsasən 22.000 manat dəyərində qiymətləndirərək İddiaçı almışdır. Evi alarkən İddiaçı evin istifadəyə yararlı olduğunu, heç bir əlavə xərcə ehtiyac olmadığını vurğulamışdır. Belə ki, evin kanalizasiya sistemində qüsurlar olduğundan evi su basmış və nəticədə ona maddi zərər dəymişdir. Evin təmir olunması üçün 3500 manat, təmir haqqı üçün 3500 manat, su basma nəticəsində əşyalara dəymiş zərərə və kirayə qalma haqqına görə 1500 manat, ümumilikdə 8500 manat xərci çıxmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil da İddiaçı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddianı müdafiə etdiyini, ilkin iddianı qəbul etmədiyini bildirərək qeyd etdi ki, Cavabdeh gələcəkdə həmin evlə bağlı yaranacaq hər hansı problemin İddiaçı deyil, ona aid olacağına dair üzərinə öhdəlik götürmüşdür. Onun həqiqətən İddiaçı 7500 manat borcu var. Lakin evə dəymiş ziyanı aradan qaldırmaq üçün vəsait xərclədiyindən iddia tələbini qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şifahi vəsatəti ilə şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ev alqı-satqısı ilə məşğul olur. Həm iddiaçı, həm də cavabdehi həmin evin alqı-satqısı zamanı tanımış, alqısatqıda o da iştirak etmişdir. Cavabdeh gələcəkdə həmin evlə bağlı yaranacaq hər hansı problemin İddiaçı deyil, ona aid olacağına dair üzərinə öhdəlik götürmüşdür. Güclü yağış nəticəsində yalnız sözügedən evə deyil, həmin ərazidə yerləşən bütün evlərə ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.06.2020-ci il tarixli razılaşmadan görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət fərdi yaşayış evi 22.000 manat dəyərində qiymətləndirilmiş, 300 manat məbləğində beh və sonradan 13.000 manat ödənilmiş, qalan məbləğin isə hər ay 400 manat olmaq şərti ilə 2 il müddətinə ödənilməsi qeyd olunmuşdur. Həmçinin Cavabdeh imza edərək razılaşmada qeyd etmişdir ki, evə baxış keçirib, evdə sonradan yaranacaq problemlər onun özünə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət fərdi yaşayış evini 22000 manat müqabilində Cavabdeh satmış, Cavabdeh 300 manat beh ödəmiş, 13000 manat ilkin ödəniş edərək, qalan 8700 manat məbləğində pulu hissə-hissə hər ay 400 manat məbləğində ödəməyi öhdəsinə götürmüş və tərəflər bu barədə razılığa gəlmişlər. Cavabdeh hər ay 400 manat olmaqla, cəmi 1200 manat ödəniş etmişdir. Qalan borcu 7500 manat təşkil edir. Hazırda İddiaçı həmin məbləği ondan tələb edir. Cavabdeh isə öz növbəsində Cavabdeh qarşı qarşılıqlı iddia ilə çıxış edərək həmin fərdi yaşayış evinin təmir olunması üçün sərf olunmuş 7000 manat, habelə ev təmir olunanadək kirayə xərci və evdəki əşyalara dəymiş 1500 manat məbləğində zərəri, ümumilikdə 8500 manat məbləğində pul vəsaitini İddiaçı tələb edir. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh 7500 manat məbləğində əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və onun İddiaçı həmin öhdəlik üzrə 7500 manat borcunun qalması işin mübahisəsiz halı olduğundan həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməli, ilkin iddia bu hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin “525 manat məbləğində cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 7500 manat pul alınaraq İddiaçı ödənilməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 90 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 7500 manat pul və 90 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar